Icma.az
close
up
RU
Ramiz Mehdiyevin AXCP və Müsavatla separat danışıqları üzə çıxdı TƏHLİL

Ramiz Mehdiyevin AXCP və Müsavatla separat danışıqları üzə çıxdı TƏHLİL

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ramiz Mehdiyev işi Azərbaycanın siyasi sferasında böyük təmizləmə və yenilənmə zərurətini də yaradıb, çünki uzun illər Prezident Administyrasiyasına rəhbərlik edən “boz kardinal” ölkənin milli təhlükəsizliyinə təhdid olan şəbəkə qurmağı bacarmışdı. Özü vəzifədən uzaqlaşdırılsa da, həmin şəbəkə hələ də tam neytrallaşdırılmayıb və bu vəziyyət təhlükəsizliyə təhdidin davam etdiyi deməkdir.
“Mehdiyev şəbəkəsi” deyiləndə əsas diqqət dövlət qurumlarına yönəlir. Doğrudur, bu şəbəkənin əsas üzvləri hakimiyyətin hər üç qolunda – qanunvericilik, icra və məhkəmə sistemində kök salıb, lakin əks-düşərgəyə - müxalifətə də diqqət yetirmək lazımdır. Və Ramiz Mehdiyev şəbəkəsini tamamilə neytrallaşdırmaq, milli təhlükəsizliyə təhdidləri aradan qaldırmaq istiqamətində addımlar müxalifət düşərgəsinə də şamil edilməlidir. Söhbət ölkənin siyasi sferasındakı risklərdən və hakimiyyətə opponent olmağa can atanların yaratdığı, gələcəkdə də yarada biləcəyi təhdidlərdən gedir.
Ramiz Mehdiyev şəbəkəsinin müxalifətdən olan üzvləri ilə bağlı mediada müəyyən məlumatlar dolaşır. Bu məsələdə ən çox AXCP sədri Əli Kərimlinin, Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin adı hallanır, o cümlədən, Müsavat partiyası ilə pərdəarxası təmaslardan söz açılır. Məlumatlar təsdiqlənməsə də, Ramiz Mehdiyevlə müxalifət arasında separat təmasların olduğu sirr deyil. Bunu siyasi sferada hadisələrin inkişafına diqqət yetirəndə də görmək olur.
2019-cu ilə qədər müxalifət düşərgəsi qaynar siyasi fəaliyyəti ilə seçilirdi. Mitinqlər, piketlər ard-arda davam edir, Əli Kərimli başda olmaqla Milli Şura rəhbərliyinin səs-küyü aləmi bürümüşdü. Ölkə mediasının əsas gündəmi də məhz AXCP/Milli Şura, Müsavat partiyası və “söyüş müxalifəti”ndən ibarət idi. Hakimiyyətin əsas informasiya resursları da məhz müxalifətin üzərinə köklənmişdi. Belə bir təəsürat yaranmışdı ki, “ciddi resurslara malik olan müxalifət hakimiyyət üçün böyük təhlükə yaradır”. Hərçənd ki, müxalifətin mövcud potensialı ilə mediada müşahidə edilən səs-küy tərs-mütənasib idi. Həmin il siyasi hakimiyyətin icra qolunda ciddi islahatlara start verildi. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev başda olmaqla onun komandasına daxil olan bir sıra vəzifəli şəxslər postundan uzaqlaşdırıldı. Bundan dərhal sonra müxalifətin bütün həngaməsi – mitinqlər, piketlər, alovlu çıxışlar qəfil yoxa çıxdı, medianın da gündəmi dəyişdi. Sanki nə Əli Kərimli var idi, nə Milli Şura olub, nə də “söyüş müxalifəti”.
Bu mənzərə iki həqiqəti ortaya çıxardı.
Birincisi, müxalifətin “gücü” mediada onların əleyhinə məqsədyönlü şəkildə aparılan anti-təbliğatın yaratdığı süni görüntü idi.
İkincisi, bu görüntünü yaradan Ramiz Mehdiyev və PA-da ona bağlı olan komanda idi.
Müxalifəti süni şəkildə şişirdən Ramiz Mehdiyev və komandasının məqsədi özlərini “hakimiyyətin qorucuyusu” kimi göstərmək idi. Belə təqdim edirdilər ki, “hakimiyyətə ciddi təhdidlər var və bu təhdidlərin qarşısını məhz onlar alırlar”. Bununla da öz postlarını qorumağa çalışırdılar. Müxalifət, xüsusilə Əli Kərimli və komandası isə bununla öz mövcudluqlarını qoruyur və həm maliyyə, həm də digər imtiyazlar əldə edirdilər. Ramiz Mehdiyev və Əli Kərimlinin rəhbərlik etdiyi hər iki düşərgədəki dəstə arasında gizli təmaslar vardı. Ramiz Mehdiyevin “hakimiyyətə təhdid” planına təkcə Azərbaycandakı siyasi müxalifət yox, Avropa paytaxtlarında yuvalanmış “söyüş müxalifəti” də daxil idi. “Söyüş müxalifəti”nin peyda olması 2017-2018-ci illərə təsadüf edir. Bu o zaman idi ki, ölkə daxilindəki müxalifət üzərindən qurulan oyunun effekti zəifləməyə başlamışdı. Oyunu davam etdirmək və daha effektli vəziyyətə gətirmək üçün yeni müxalifət – “söyüş müxalifəti” peyda oldu. “Söyüş müxalifəti”nin üzvləri bəzən elə məlumatlar yayırdılar ki, onların bunu haradan əldə etməsi ciddi suallara səbəb olurdu. Əslində hər şey çox sadə olub: onları yaradan Ramiz Mehdiyev və komandası həmin məlumatları da lazım olanda xaricə ötürürdü. “Söyüş müxalifəti” həm də Azərbaycanın Avropa ölkələri ilə münasibətlərini pozmağa hesablanmış planın bir hissəsi idi. 
2019-cu ildə Ramiz Mehdiyevin vəzifədən uzaqlaşdırılması, PA-da aparılan təmizləmələrdən sonra AXCP və Müsvat da daxil olmaqla ölkə daxilindəki siyasi qüvvələrin, həmçinin, xaricdəki “söyüş müxalifəti”nin qəfil gündəmdən düşməsi, yoxa çıxması hər şeyi sübut edir. 
Bütün bunlar Ramiz Mehdiyevin rəhbərlik etdiyi “beşinci kalon”un neytrallaşdırılması prosesində diqqəti müxalifət düşərgəsinə də yönəldir və təmizləmələrin məhz bu düşərgədə də aparılması zərurətini yaradır.
Ona görə də AXCP və Müsavat mütləq ləğv edilməlidir. Çünki Azərbaycanın təhlükəsizliyinin təmin edilməsi zərurəti bunu şərtləndirir.
1. Bu partiyalar Ramiz Mehdiyevin şəbəkəsinə daxildir və bu şəbəkənin işlədiyi xarici qüvvələrə bağlıdır.
2. Bu partiyalar hakimiyyətdə olduqları 90-cı illərdən başlamış, indiyə qədər hər zaman xarici qüvvələrin təsirində olub. AXC hərəkatının keçmiş “KQB” tərəfindən idarə olunduğu və rəhbərlərinin casusluğu haqda yetərincə məlumat var. Vaxtilə “KQB casusu” olan bu şəxslər müxalifətə keçdikdən sonra da həm Rusiya, həm Qərb ölkələrinin xüsusi xidmət orqanlarının təlimatları ilə fəaliyyət göstərib. Qərbdən alınan qrant layihələri, 2013-cü ildə “Milyarderlər ittifaqı” ilə əməkdaşlıq və məhz onların təlimatı ilə yaradılan Milli Şura, eyni zamanda, Mehdiyevin komandası daxilində gizli şəkildə fəaliyyət göstərmələri ictimaiyyətə yaxşı məlumdur.
Bütün bunlara görə də AXCP və Müsavat partiyaları fəaliyyətini dayandırmalı, siyasi müxalifət düşərgəsində təmizlənmələr aparılmalıdır. Bu zərurəti Azərbaycanın milli təhlükəsizliyinin qorunması və gələcək təhdidlərin aradan qaldırılması yaradır.
Vasif Həsənli
Demokrat.az xəbər portalının rəhbəri
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 31 Oktyabr 2025 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri