Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Ən çox qazanan televiziya aktyorları...

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Əli Kərimlini Ramiz Mehdiyevin aqibəti gözləyir TƏHLİL

Əli Kərimlini Ramiz Mehdiyevin aqibəti gözləyir TƏHLİL

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın iqtisadi, siyasi, hərbi cəhətdən gücü artdıqca və dünya miqyasında mövqeləri möhkəmləndikcə bəzi xarici və daxili qüvvələr ciddi şəkildə narahat olmağa başlayıblar. Ona görə də, müxtəlif çirkin vasitə və üsullardan istifadə etməklə Azərbaycanın imicini ləkələməyə, uğurlarına kölgə salmağa çalışırlar. Hətta bir qədər də dərinə gedərək ölkəmizin ən böyük sərvəti olan sabitliyi, təhlükəsizliyi pozub, dövlət çevrilişi etməyə cəhdlər də edirlər. Misal olaraq, Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin və AXCP sədri Əli Kərimlinin birgə qurduqları dəstələr vasitəsi ilə Azərbaycanda dövlət çevrilişi etməyə çalışmalarını göstərmək olar. Lakin bəd niyyətləri baş tutmadı və peşəkarlıqları və ayıq-sayıqlıqları ilə seçilən hüquq-mühafizə orqanları onları vaxtında ifşa etdi. Dərhal da həbs edilərək məsələ ilə bağlı ictimaiyyətə məlumat verdilər. İstintaq maeriallarına və Əli Kərimlinin müavinlərindən olan Fuad Qəhrəmanlının Dövlət Təhlükəsizlik Xidmətində verdiyi izahatında qeyd etdiklərinə görə, Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın apardığı təcavüzkar müharibəyə qarşı və orduya dəstək üçün Azərbaycan vətəndaşları 2020-ci ilin iyul ayının 14-dən 15-nə keçən gecə Bakı şəhərində təşkil etdikləri yürüş-mitinq zamanı Əli Kərimlinin tapşırığı əsasında polislə qarşıdurma yaradılmalı və vəziyyəti gərginləşdirib, məcrasından çıxarılmasına nail olduqdan sonra Azərbaycan Respublikası Milli Məclisinin və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin inzibati binalarını ələ keçirməli idilər. Bu məkrli plan baş tutduqdan sonra Əli Kərimli meydana çıxıb, təşəbbüsü ələ alıb, KİV vasitələri ilə hakimiyyətin ələ keçirdiklərini bəyan etməli idi. Təbii ki, belə bir dəhşətli plan Ə.Kərimlinin beyninin məhsulu ola bilməzdi. Çünki bu məxluq müstəqil qərarlar qəbul edib, addımlar atmaq gücünə malik deyil. Araşdırmalarla üzə çıxan faktlar ondan ibarətdir ki, Ə.Kərimli bilavasitə Rusiyanın əsas adamı olan R.Mehdiyevin təlimatları əsasında hərəkət edib.

Əli Kərimli Rusiyaya sadiqliyini nümayiş etdirmək üçün yazılı iltizam da yazdığı bildirilir. Yazılı mətndə qeyd olunur ki, onlar hakimiyyətə gələcəkləri təqdirdə, Azərbaycanın mərhələli qaydada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına tam üzv olacaq. Cinayət işinin materallarına görə cinayətkar dəstənin fəaliyyəti geniş olub. Ramiz Mehdiyev 2025-ci ilin avqust-sentyabr aylarında dövlət hakimiyyəti əleyhinə gizli plan və fəaliyyət istiqamətlərini özündə ehtiva edən “Dövlət idarəetmə sisteminin yenidən qurulması haqqında təkliflər” başlığı altında rus və ingilis dillərində hazırladığı yazılı materialı köməkçisi Əmirov Eldar Qurban oğlu və digərləri vasitəsilə həmin sənəddə nəzərdə tutulan məsələlərin birgə razılaşdırılması məqsədilə Əli Kərimliyə təqdim edilmişdir. R,Mehdiyev 2025-ci ilin oktyabr ayının 3-də sözügedən yazının yekun redaktə olunmuş nüsxəsini sahibi olduğu “Şərq-Qərb” ASC-nin əməkdaşı vasitəsilə Rusiya xüsusi xidmət orqanlarının rəhbər vəzifəli şəxslərinə göndərilmişdir.

Haqlı və əsaslı deyilib: Cinayət cəzasız qalmır. Ramiz Mehdiyev və dəstəsinin fəal üzvləri həbs olundular. Eyni zamanda, dövlət çevrilişinin həyata keçiliməsində əməli fəaliyyət göstərməyi öhdəlik olaraq üzərinə götürmüş AXCP sədri Əli Kərimli və onun müavini Məmməd Rahim həbs olunublar. Əli Kərimli və Məmməd İbrahim Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə təqsirləndirirlər.

İstintaq araşdırmalarına görə, cinayət əməllərində iştiraklarına görə Abbas Abbasov, Əli Kərimli, Fuad Qəhrəmanlı, Məmməd İbrahim və Qənimət Zayıdov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.1 (hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər), təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb ediliblər. Abbas Abbasov, Fuad Qəhrəmanlı və Qənimət Zayıdov Azərbaycan Respublikası ərazisindən kənarda olduqları və istintaqdan gizləndikləri üçün barələrində axtarış elan edilməklə, məhkəmə tərəfindən qiyabi həbs qətimkan tədbiri seçilmişdir. Təbii ki, xaricdə gizlənən təqsirləndirilən şəxslər də həbs edilərək, Azərbaycan istintaq orqanlarına təhvil veriləcəklər. Nəzərə alınmalıdır ki, Azərbaycanda kimliyindən, tutduğu mvqeyindən və statusundan asılı olmayaraq hər kəs qanun qaşısında cavabdehlik daşıyır. Bu baxımdan, müxtəlif cinayətlər törətdiklərinə görə xaricə qaçanlara qarşı Azərbaycanın Baş Prokurorluğunun İstintaq İdarəsinin qaldırdığı cinayət işləri təbiidir.

Azərbaycan hüquqi, azad dövlətdir. Kimsənin statsusuna, cəmiyyətdə tutduğu mövqeyinə görə, cinayətdən azad edilməsi mümkünsüzdür. Belə hal baş versə, bu, ölkəmizin imicinə ciddi şəkildə xələl gətirər. El məsəlidir, “qanun şahdır, şah qanun deyil”. Ramiz Mehdiyevlə əlaqələr qurub qanuni hakimiyyəti devirməyə və bununla da Azərbaycanı yenidən ötən əsrin 90-cı illərində hökm sürmüş xaos və anarxiya dövrünə qaytarmağa cəhd edənlərə ən ağır cəza verilməlidir. Artıq Bakı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Ramiz Mehdiyevin yaşı və xəstəlikləri ilə əlaqədar sağlamlıq vəziyyəti nəzərə alınmaqla Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olmasına qərar verilib. Hökmdə, həmçinin, Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsinə baxılması üçün təqdimat göndərilməsi qərara alınıb. Ramiz Mehdiyevin əmlakının müsadirə olunaraq dövlət nəfinə keçirilməsi də hökmdə əksini tapıb.

Diqqətçəkən məqam ondan ibarətdir ki, cəza ilə razılaşmaq əvəzinə R.Mehdiyev fərqli yol tutmağa üstünlük verib. O verilən məhkəmə hökmündən apellyasiya şikayəti verib. Ə.Kərimlinin isə hazırda məhkəməsi keçirilir. Onun cinayət əməlləri istintaqda olduğu kimi məhkəmədə də sübuta yetiriləcəyi şübhəsizdir. Bu halda onu ən ağır cəza gözləyir.

İ.ƏLİYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Noyabr 2026 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see332

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see306

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see292

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see272

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see270

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see267

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see266

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see262

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see253

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see245

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see241

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see239

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see238

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see237

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see230

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see228

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see215

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see215

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see208

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri