Icma.az
close
up
RU
Ramiz Mehdiyevlə bağlı gözlənilməz DETALLAR ÜZƏ ÇIXDI

Ramiz Mehdiyevlə bağlı gözlənilməz DETALLAR ÜZƏ ÇIXDI

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

Paytaxtın Xəzər rayonunun Zirə qəsəbəsində torpaq mübahisəsi yenidən gündəmə gəlib. Sakin Samil Musayev deyir ki, ailəsinə məxsus 12 hektar torpaq sahəsi təxminən 10-15 il əvvəl onun əlindən alınıb və bu ərazi sonradan daha böyük torpaq massivinə birləşdirilib. Samil Musayevin sözlərinə görə, torpağın əvəzində ona başqa ərazidə sahə veriləcəyi vəd olunub. Lakin iddiaçı bildirir ki, nə vəd edilən torpaq sahəsi ona təqdim edilib, nə də 12 hektar torpağa görə hər hansı ödəniş həyata keçirilib.

“Yeni Sabah” Musavat.com-a istinadən xəbər verir ki, Samil Musayev bir neçə gün əvvəl Baku TV-yə müraciət edərək məsələ ilə bağlı danışıb. Onun sözlərinə görə, torpaq sahəsinin ailəsinə məxsus olduğunu təsdiqləyən sənədləri, o cümlədən çıxarış və arxiv materialları mövcuddur.

Şikayətçi iddia edir ki, torpağını geri tələb etdikdə ona faktiki olaraq “hara istəyirsən, şikayət et” məzmununda cavab verilib. Son illərdə Zirə ərazisində böyük torpaq massivlərinin ayrı-ayrı şəxslərin və kommersiya strukturlarının nəzarətinə keçməsi ilə bağlı müxtəlif iddialar səsləndirilib. Bu iddiaların bir hissəsində Prezident Adminstarsiyasının sabiq rəhbəri, hazırda istintaq altında olan Ramiz Mehdiyevin adı hallanır. Sezar pizza

Məlumatlara görə, Ramiz Mehdiyevin partonajlığı altında Zirədə müxtəlif illərdə böyük torpaq sahələrində göbələk təsərrüfatları, istixanalar və zeytun bağları yaradılıb. Samil Musayevin 12 hektar torpaq sahəsi də məhz Mehdiyevin 1000 hektar torpağına qatılıb. Sakinlərin torpaqlarının aldadılma, müxtəlif vədlər və təzyiq yolu ilə əllərindən alındığı barədə məlumatlar mövcuddur. Zirədə söhbət ümumilikdə 1000 hektara yaxın torpaq massivindən gedir.

Bu torpaqların hansı hansı əsaslarla əldə edilməsi və hazırda hansı hüquqi şəxslərin və ya fiziki şəxslərin nəzarətində saxlanılması isə ciddi araşdırma tələb edən məsələlərdəndir. Samil Musayevin torpaq tələbinə “göbələk Feyruz” kimi tanınan Mehdiyevin adamı Feyruz Xanbala oğlu Rzayev “get hara istəyirsən şikayət elə” şəkilində cavab verib. Maraqlı məqam ondan ibarətdir ki, Ramiz Mehdiyev hazırda istintaq çərçivəsində hüquqi prosedurlarla üz-üzədir. Bununla belə, onun ailəsi və yaxın çevrəsi müxtəlif daşınmaz əmlak və torpaq sahələri üzərində nəzarəti davam etdirirlər.Gələn məlumatlarda Zirədə zəbt olunmuş torpaq massivi Feyruz Xanbala oğlu Rzayevin üzərindən idarə olunur. Digər tərəfdən, bəzi iddialarda Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əlisəftər oğlu Əliyevin də bu ərazilərlə bağlı proseslərdə rolunun olduğu bildirilir. Zirə məsələsi Ramiz Mehdiyevin ailəsi və yaxın çevrəsi ilə bağlı illər ərzində səsləndirilən digər torpaq və daşınmaz əmlak iddialarını da gündəmə gətirir. Belə iddialar sırasında Abşeron rayonunun Novxanı qəsəbəsində 155 hektara yaxın torpaq sahəsi xüsusi yer tutur. Sözügedən ərazidə böyük təsərrüfat və üzüm bağlarının salındığı bildirilir. Novxanı və Saray bağları istiqamətində isə ayrı-ayrı vətəndaşların torpaqlarının və Xəzər dənizinin mühafizə zolağına aid ərazilərin hasarlanaraq müxtəlif mülklərə birləşdirilməsi ilə bağlı da iddialar səslənib.

Bundan başqa, Quba rayonunun Xınalıq kəndi ərazisində 50 hektar torpağın, Goranboy, Abşeron və Bakıətrafı ərazilərdə isə ümumilikdə 216 hektardan artıq kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Mehdiyev ailəsinin və ya onun çevrəsinin nəzarətində olduğu barədə məlumatlar yayılıb. Ailə üzvlərinin adına müxtəlif torpaq sahələrinin rəsmiləşdirildiyi də iddialar sırasındadır. Məsələn, Maştağa qəsəbəsində Qalina Mehdiyevanın adına 892 sot, Bakıətrafı ərazilərdə isə qızı Kamilə Əliyevanın adına 240 sot torpaq sahəsinin olduğu bildirilir. Şabran rayonunda isə kürəkəni İlham Əliyev yerli sahibkar Mansur İbrahimova məxsus təxminən 100 hektarlıq meyvə bağlarını ələ keçirib.

Mehdiyev ailəsinin əmlakları ilə bağlı yayılan məlumatlar yalnız kənd təsərrüfatı torpaqları ilə məhdudlaşmır.

Bakının Tbilisi prospektində 36 sot torpaq sahəsində yerləşən villa, Əhmədli qəsəbəsində “Şərq-Qərb” nəşriyyatının ərazisində inşa edilmiş 408 mənzilli, 16 mərtəbəli yaşayış binası, Dilarə Əliyeva küçəsi 251A və İstiqlaliyyət küçəsi 11 ünvanlarındakı obyektlər, eləcə də 5 min kvadratmetrdən artıq sahəyə malik “Qrandezza” Ticarət Mərkəzi də müxtəlif vaxtlarda Mehdiyev ailəsi ilə əlaqələndirilən əmlaklar sırasında göstərilib. Bu əmlakların hansı hissəsi qanuni yolla əldə olunub, hansı hissəsinin əldə edilməsində vətəndaşların və ya dövlət torpaqlarının hüquqlarının pozulması barədə əsaslı sübutlar mövcuddur.

Samil Musayev isə bu böyük mənzərənin içərisində özünün 12 hektar torpağının taleyini gözləyən vətəndaşdır. Onun sözlərinə görə, torpağa dair sənədləri var və illər ərzində müxtəlif dövlət qurumlarına müraciət edib. Lakin iddiasına görə, indiyədək onun problemi həll edilməyib. Digər tərəfdən, Zirədə yüzlərlə hektarla ölçülən torpaq massivlərinin kimlərin nəzarətində olması barədə iddialar da müvafiq dövlət qurumlarının diqqətində olmalıdır.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:141
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 12 Avqust 2026 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see391

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see388

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see356

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see344

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see315

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see287

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see269

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see262

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see245

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see240

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see234

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see228

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see218

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see216

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see209

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see203

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see196

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see194

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see175

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri