Ramiz Mehdiyevlə bağlı yaranmış vəziyyətə görə çox təsssüf hissi keçiririk
Icma.az, Milli.az saytına istinadən bildirir.
Azərbaycan Milli Elmlər Akademiyası Ramiz Mehdiyevlə bağlı yaranmış vəziyyətə görə çox təsssüf hissi keçirir.
Milli.Az xəbər verir ki, bunu Trend-ə bu gün Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunan "Yusif Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar" adlı beynəlxalq konfransı çərçivəsində AMEA prezidenti İsa Həbibbəyli açıqlamasında bildirib.
Onun sözlərinə görə, Ramiz Mehdiyevin AMEA-nın həqiqi üzvlüyü məsələsinə məhkəmə qərarından sonra baxılacaq:
"Ramiz Mehdiyevə görə AMEA təəssüf hissi keçirir".
Xatırladaq ki, Səbail rayon məhkəməsi Ramiz Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
O, Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 04 Dekabr 2025 12:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















