Icma.az
close
up
RU
“Ramiz Mehdiyevlə bir əlaqəm varsa...” :İsfəndiyarın işində də onun adı keçir

“Ramiz Mehdiyevlə bir əlaqəm varsa...” :İsfəndiyarın işində də onun adı keçir

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Şərur” MTK-nın sahibi İsfəndiyar Axundova (Şərurlu İsfəndiyar) qarşı xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmədə də Prezident Administrasiyasının sabiq rəhbəri, hazırda ev dustaqlığında saxlanılan Ramiz Mehdiyevin adı hallanır. 

"Cebheinfo.az" xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, Şərurlu İsfəndiyarı məhkəməyə verən “Proqres 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərovun vəkili Asim Abbasov bu məsələdən söz açıb.

Əvvəlki iclasda İ.Axundovun xüsusi ittihamçıya qarşı işlətdiyi sözlərində təhqir əlamətlərinin olub-olmadığını müəyyən etmək üçün ekspertiza keçirilmişdi. Həmin ekspertizanın rəyi hazır olsa da, müdafiə tərəfi nəticə ilə razılaşmır.

Vəkil Asim Abbasov iddia edir ki, bu rəyi verən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisi Nəzakət Qaziyeva sabiq AMEA prezidenti Ramiz Mehdiyevin vaxtında, onun əmri ilə təyin edilib. 

Vəkilin dediyinə görə, həmin institut direktorunun Ramiz Mehdiyevlə, Ramiz Mehdiyevin isə İsfəndiyar Axundovla əlaqəsinin olması barədə məlumatlar var. Ehtimal olunan mümkün təsir imkanlarını nəzərə alaraq ekspert rəyinin sübutlar siyahısından çıxarılması xahiş edilib.

Müdafiə tərəfi isə bununla razılaşmayıb. Təqsirləndirilən iş adamının vəkili Ülvi Nəsibli isə qarşı tərəfin dediklərinin həqiqətə uyğun olmadığını deyib: “Kimin kimdən xoşu gəlmirsə, Ramiz Mehdiyevlə bağlayırlar. Müvəkkilimin onunla heç bir əlaqəsi olmayıb”.

Şərurlu İsfəndiyar isə “Əgər Ramiz Mehdiyevlə bir əlaqəm varsa, dövlət mənim cəzamı verəcək” deyə vəsatətə münasibət bildirib.

Hakim ekspert rəyinin sübutlar siyahısından çıxarılıb-çıxarılmayacağına yekunda özü qiymət verəcəyini deyib. Bununla da məhkəmə istintaqı yekunlaşıb.
Növbəti iclasda hökm çıxacağı gözlənilir. 

Qeyd edək ki, şikayətçi Emil Səməndərov külli miqdarda dələduzluq ittihamı ilə həbs edilib. Amma hələ yekun məhkəmə qərarı yoxdur. Buna baxmayaraq, İ.Axundov verilişlərin birində onu dələduz adlandırıb. E.Səməndərov “dələduz” sözünü özünə qarşı təhqir və böhtan hesab edərək məhkəməyə müraciət edib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:182
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 Dekabr 2025 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see372

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see368

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see345

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see340

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see339

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see305

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see297

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see274

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see272

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see251

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see245

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see229

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see213

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see210

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see203

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see203

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see201

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see179

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see173

Anamla atam ailə qurmağımı istəyir

25 Oktyabr 2026 00:12see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri