Icma.az
close
up
RU
Ramiz Mehdiyevlə münasibəti düzəltməsən KONKRET

Ramiz Mehdiyevlə münasibəti düzəltməsən KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

“Ramiz Mehdiyevin mənə vurduğu ziyan həm mədəniyyətimizlə, həm də şəxsən özümlə bağlıdır. Həmin dövrdə aktiv ideoloji işlərlə məşğul olurdum. Vaxtilə “ATV”də “Klassik irsimiz” adlı məşhur verilişin həm müəllifi, həm də aparıcısı idim. Verilişdə alimlərlə mədəni, milli, tarixi irsimizi müzakirə edirdik, haqq səsimizi çatdırırdıq. Beynəlxalq yayım xətti ilə veriliş bir çox ölkələrdə yayımlanırdı. Erməni alimlərin tariximiz, abidələrimiz, irsimiz barədə uydurduqları yalanlara faktlar, dünya alimlərinin arxiv sənədləri əsasında düzəlişlər edirdim. Ramiz Mehdiyev isə mənə dəfələrlə xəbərdarlıq etdi ki, sən milli qarşıdurma yaratmısan, biz ermənilərlə barışığa gedirik. Dedim ki, mən erməni ilə barışığa gedə bilmərəm, erməni mənim babamı süngü ilə Şamaxıda öldürüb. O vaxtlar bizə qəribə gəlirdi, amma sonra məlum oldu ki, sən demə, Ramiz Mehdiyevin ermənilərlə ümumi yaxınlığı var imiş…”

KONKRET.az xəbər verir ki, bu sözləri pravda.az-a açıqlamasında Xalq artisti Əbdül Mahmudov (Şeyx Əbdül) deyib.

“Studiyanın direktoru dedi ki, bir həftə vaxt veriblər, ya veriliş dayanmalıdır, ya da sən işdən çıxmalısan. Ərizəmi yazdım, dedim ki, gözüm üstə… Televiziyanın sədrini də, məni də işdən çıxardılar, verilişi bağladılar, kitab nəşrimi də dayandırdılar. Hamısını edən Ramiz Mehdiyev idi. Ramiz Mehdiyevin Azərbaycan tarixinə, milli-mənəvi dəyərinə, maddi-mədəniyyət nümunələrinə vurduğu konkret ziyandan söhbət gedir. Bu adam açıq-aşkar ermənilərin mövqeyini müdafiə edir. Ramiz Mehdiyevin vəzifədə olduğu dövrlərdə Bakı şəhər icra hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbov mənə demişdi ki, sənə pul verəcəyəm, Heydər Əliyev haqqında film çəkəcəksən. Hətta görüşüb, razılığa da gəlmişdik. Heydər Əliyev dünyasını dəyişəndən sonra isə dedi ki, pulum yoxdur. Mən də müsahibələrimin birində dedim ki, Hacıbala, bəs deyirdin, hər gün dədəmin, yəni Heydər Əliyevin məzarını silib-süpürüb, qucaqlayıb, sonra işə gedirəm? Heydər Əliyev vəfat etdiyi üç ay idi, Fəxri Xiyabanda maraqlandım, dedilər ki, Hacıbala Abutalıbov bura gəlmir. Deməli, sən riyakar və satqınsan. Müsahibəmdən sonra mənə zəng elədi ki, gəl, görüşək, Ramiz Mehdiyevlə münasibəti düzəltməsən, heç bir məhkəmə qanununu qəbul etmirəm, məhkəmənin qəbul etdiyi kağızları zibil qutusuna atıram. Hacıbala Abutalıbov mənim dədə-baba mülkümü uçurub. Bunu dəfələrlə müsahibələrimdə demişəm. Abutalıbov dedi ki, bizim “sahibimiz” Ramiz Mehdiyevdir, sənə ev versəm, mənə baha başa gələr. Konstitusiyada qanun var, məhkəmə qətnamələrini icra etməyən dövlət məmurları 3 ildən 7 ilə qədər həbs edilməlidirlər. Mən isə bu günə kimi işsizəm, ancaq verilişlərdə iştirak edirəm. Uşaqlarımı da işdən çıxardılar. Ramiz Mehdiyevin məhkəməsinə məni də dəvət etsinlər. Onun Azərbaycan mədəniyyətinə, kinosuna vurduğu ziyanlarla bağlı konkret faktlarla açıqlama verim. Hacıbala Abutalıbov da çağırılsın, cəzalandırılsın. Villalarından birini mənə təhvil versin. Onun İlisuda milyonluq iki villasını görmüşəm. Ya da şəhərdəki evlərindən birinin açarını versin, yoxsa məcbur olacağam yenidən məhkəmələrə müraciət edim. Hələ də Karlson kimi “krişa”da yaşayıram. Ramiz Mehdiyevin villalarından birinin açarını alıb mənə versinlər. Dörd otaq istəyirəm, halal haqqımdır. Xislətində xəyanət olan insanlar hamını satarlar. Satqınlıq yolu ilə özünə karyera quran insanlar əsl satqındırlar. Lakin elə etmək lazımdır ki, qurunun oduna yaş yanmasın. Mehdiyevin əlində səlahiyyət olub, günahsız adamlar da onun tapşırıqlarını icra ediblər. Nə etsinlər? Kimin ağlına gələrdi ki, Mehdiyev satqındır? Ramiz Mehdiyevi qorumaq lazımdır ki, ona qarşı hər hansı təxribat olmasın, çünki əlində xeyli material var, çox şeylərin üstü açılmalıdır. Daxili siyasətimizdən başqa xarici siyasətimizdə olan xəyanətlər də açılmalıdır. İçimizdə olan “beşinci kolon” ifşa olunmalıdır. Buna görə də bütün həqiqətləri ortaya çıxarana kimi Ramiz Mehdiyevi qorumaq lazımdır. Onun təhlükəsizliyi təmin edilməlidir”, – Xalq artisti bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:305
embedMənbə:https://konkret.az
archiveBu xəbər 24 Oktyabr 2025 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri