Icma.az
close
up
RU
Ramiz Quliyevin vəziyyəti pisləşib Müalicəsini Heydər Əliyev Fondu üzərinə götürdü

Ramiz Quliyevin vəziyyəti pisləşib Müalicəsini Heydər Əliyev Fondu üzərinə götürdü

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Xalq artisti, məşhur tarzən Ramiz Quliyev səhhətində yaranan ciddi problem səbəbindən xəstəxanaya yerləşdirilib.

Bu barədə “Qafqazinfo”ya onun oğlu, Əməkdar artist, dirijor Əyyub Quliyev məlumat verib.

O bildirib ki, Ramiz Quliyev hazırda reanimasiya şöbəsindədir. Birinci-vitse prezident Mehriban Əliyevanın tapşırığına əsasən, Ramiz Quliyevin müalicəsini Heydər Əliyev Fondu öz üzərinə götürüb:

“Ramiz müəllim haradasa bir il  əvvəl böyrəkləri ilə bağlı problem yaşadı. Biz həkimləri ilə danışırdıq, müəyyən müalicə tədbirləri görürdük. Amma bir neçə gün bundan əvvəl halı həqiqətən ağırlaşdı və kritik bir vəziyyətə çatdı. Mən tanıdığım həkimlərlə məsləhətləşdim və onlar bildirdilər ki, Ramiz müəllimi təcili xəstəxanaya yerləşdirmək lazımdır və nəzarətə götürülməlidir. Vəziyyəti ağır olduğu üçün Heydər Əliyev Fondunun rəhbərliyinə müraciət etdim. Sağ olsunlar, ən yüksək səviyyədə bizə dəstək oldular. Sentyabrın 23-ü müraciət etdim və artıq bir neçə saat ərzində o dəstəyi hiss etdim. Prezidentin köməkçisi Anar Ələkbərov dərhal zəng etdi və hər şeyi detalları ilə məndən soruşdu. Bütün məlumatları ona verdikdən sonra qərar verildi ki, dərhal xəstəxanaya yerləşdirilsin. Hətta bizə xəstəxana seçimində də şərait yaratdılar. Dərhal təcili yardım maşını gəldi və onu xəstəxanaya yerləşdirdilər. Çünki hər dəqiqə, hər saniyə çox dəyərli idi. Həm onun üçün, həm də bizim üçün çox gərgin, həyəcanlı anlar idi”. 

Ə.Quliyev qeyd edib ki, sənətkar xəstəxanaya yerləşdirildiyi gün Anar Ələkbərov və mədəniyyət naziri Adil Kərimli ona baş çəkiblər:

“Bizim üçün bu, çox dəyərli idi. Onlar həkimlərlə söhbət etdilər və vəziyyəti tam öyrəndilər. Bildirdilər ki, Ramiz müəllimin vəziyyəti ilə bağlı bütün məsələlər dövlətimizin nəzarəti altındadır. Bu işdə tələb olunan nə lazımdırsa, ən yüksək səviyyədə həyata keçiriləcək. Mən fürsətdən istifadə edib həm öz, həm də ailəmiz adından ilk növbədə dövlət başçısı İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya dərin təşəkkürümü bildirirəm. Daim bizə dəstək olurlar, bizi tək buraxmırlar. Artıq bir neçə gün keçməsinə baxmayaraq, məndə olan məlumata görə, Anar Ələkbərov hər gün xəstəxana ilə əlaqədədir. Mənimlə də daim əlaqə saxlayırlar”. 

O əlavə edib ki, hazırda atası Dövlət Gömrük Hospitalında müalicə alır:

“Səhhətindəki əsas problem böyrəklərlə bağlıdır. Xəstəxanaya yerləşdirildiyi ilk gündən həm müayinə, həm də müalicə olundu. Həkimlərin konsiliumunun nəticəsində qərara aldılar ki, dializ olmalıdır. Həmçinin, Ramiz müəllimin digər xroniki xəstəlikləri də var ki, onlar da nəzarətdə saxlanılır. Bir az ağciyərlə bağlı da narahatlıq var və müalicə prosedurları gedir. Bizə də şərait yaradırlar ki, onu görə bilək. Şükürlər olsun ki, müsbətə doğru dəyişiklik var, sağlamlığı bərpa olunmaq üzrədir. Hər şey nəzarətdədir, daim müayinələr keçirilir. Onu evdə gözləyirik. Vaxtında Heydər Əliyev Fondunun bu dəstəyi olmasaydı, bəlkə də biz onu itirmişdik. Demək olar ki, onu ölümdən qaytardılar”. 

Qeyd edək ki, Ramiz Quliyev 1947-ci il aprelin 30-da Ağdamda anadan olub. 1982-ci ildə Əməkdar artist, 1988-ci ildə Xalq artisti fəxri adını alıb. 2017-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Şərəf” ordeninə layiq görülüb.

Lamiyə Məmmədova

Video: Pərvin Zeynal




Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 29 Sentyabr 2025 20:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya və İrana gedən siyasətçi həbs edildi

28 Sentyabr 2025 00:51see171

Xaçmaz Bakı marşrut avtobusunda həyacanlı ANLAR Sərnişinin ürəyi... FOTO

28 Sentyabr 2025 16:39see170

Məşhur atlet boksçudan ayrıldı

28 Sentyabr 2025 07:12see144

AFB Bank bayrağımızı təhrif edib FOTO

27 Sentyabr 2025 22:49see140

Xankəndiyə döyüşərək girən, Qarabağ Universitetində təhsil alan İlqar: Elə burada da evlənəcəm...

27 Sentyabr 2025 23:30see140

Onkoloji xəstəlikdən əziyyət çəkənlər günlərdir dərman ala bilmirlər

28 Sentyabr 2025 00:25see140

Skuterdə sürəti aşdı, başı svetafora girdi

27 Sentyabr 2025 22:51see137

İspaniya La Liqası: Madrid derbisində darmadağın

28 Sentyabr 2025 01:41see136

III MDB Oyunlarında üzgüçülük yarışının medalçılar bəlli olub

28 Sentyabr 2025 10:50see136

Cabir İmanovun vəfat etdiyi idman zalının qarşısından görüntülər VİDEO

29 Sentyabr 2025 15:19see135

Turan Tovuz dan 3 dəqiqəyə iki qol Yenilənir

28 Sentyabr 2025 17:08see135

İdman zalında vəfat edən Cabir İmanov kimdir? DOSYE

29 Sentyabr 2025 14:33see133

Cabir İmanovun məşq yoldaşı: İdman edəndə ölməyib... zala girdi...

29 Sentyabr 2025 16:05see132

“Konstitusiya və Suverenlik İli” çərçivəsində elan olunmuş qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

28 Sentyabr 2025 12:04see127

Sarıköklü südün faydaları

28 Sentyabr 2025 07:01see126

Xameneidən Hizbullah a mesaj var Laricani çatdırdı

28 Sentyabr 2025 16:41see126

Liqa 1: Olimpik Lion dan minimal hesablı qələbə

29 Sentyabr 2025 01:34see125

Ukraynanın bir çox bölgəsi Rusiya PUA larının hücumuna məruz qalıb

28 Sentyabr 2025 03:25see123

Xabi Alonso “Atletiko” məğlubiyyətini şərh etdi: “Pis oyun idi”

27 Sentyabr 2025 23:33see122

Telefon Sahiblərinə Təcili Gizli Xəbərdarlıq

28 Sentyabr 2025 08:42see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri