U 13 liqasında futbolçunun qolu sındı AFFA müalicəsini üzərinə götürdü
Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
AFFA-nın U-13 Liqasında "Tərtər" komandasının oyunçusu Şamxal Məmmədlinin qolu sınıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, hadisə ötən gün Ağcəbədidə baş verib.
"Ağdam"la çempionat oyununda xəsarət alan yeniyetmənin durumu ilə bağlı "Tərtər"in çalışdırıcısı, "C" kateqoriyalı məşqçi Taleh Hüseynzadə ilə əlaqə saxladıq:
"Oyun yeni başlamışdı ki, rəqib oyunçu ilə ikili mübarizə zamanı yıxılan Şamxalın qolu altında qaldı. Bilək nahiyəsində iki yerdən sınıq var. Dərhal uşağı Ağcəbədiyə xəstəxanaya çatdırdıq. İlkin tibbi yardımdan sonra Bərdə xəstəxanasına apardıq. Rentgenə saldılar, tibbi müdaxilə edib gips qoydular. Nə lazımdırsa, etdikdən sonra evə buraxdılar, indi vəziyyəti yaxşıdır".

Komandanın baş məşqçisindən AFFA tərəfindən hadisə ilə maraqlanıb maraqlanmadıqlarını soruşduq: "Federasiyadan ciddi maraqlandılar, lazımi dəstək göstərildi. Valideynlə də danışdılar və təklif etdilər ki, uşağı AFFA-nın Reabilitasiya Mərkəzinə gətirsin. Ancaq Şamxalın valideyni razılaşmadı. Bildirdi ki, ciddi heç nə yoxdur, Bərdədə həkimlər nə lazımdırsa, edir. Belədə həkimlə danışdılar. Həkim də eyni şeyi dedi. AFFA tərəfindən tibbi müdaxilənin, reseptin xərci ödənildi. Valideyn razılığını bildirdi. Komandanın baş məşqçisi kimi, mən də AFFA-ya göstərdiyi dəstəyə görə təşəkkürümü çatdırıram".
Mirağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 03 Fevral 2025 14:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















