Icma.az
close
up
RU
Ramiz Qusarçaylı poeziyası: estetik dəyər və mənəvi güc vəhdətdə

Ramiz Qusarçaylı poeziyası: estetik dəyər və mənəvi güc vəhdətdə

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Pərvanə RZAYEVA
Pedaqogika üzrə fəlsəfə doktoru, ADPU Quba filialının şöbə müdiri

İnsanı formalaşdıran ən böyük qüvvələrdən biri sözdür. Söz insanın düşüncəsini oyadır, mənəviyyatını saflaşdırır, davranışını yönləndirir. Ədəbiyyat təkcə bədii ifadə vasitəsi deyil, həm də insanın mənəvi təkamülünün güzgüsüdür: orada xalqın yaddaşı, dəyərləri və əxlaqi idealları yaşayır. Xüsusilə poeziya bu mənəvi missiyanı ən zərif və təsirli şəkildə daşıya bilir. Azərbaycan poeziyasında sözə, dilə və mənəvi dəyərlərə yüksək mövqedən yanaşma hər zaman mövcud olub. Bu böyük ənənəni müasir dövrdə uğurla davam etdirən şairlərdən biri də Ramiz Qusarçaylıdır. Onun poeziyasında sözün estetik dəyəri ilə mənəvi gücü bir-birini tamamlayır. O, poeziyanı mənəviyyat məktəbinə çevirir və bu xüsusiyyət onun yaradıcılığını həm ədəbi, həm də pedaqoji baxımdan dəyərli edir.

Ramiz Qusarçaylının poetik-mənəvi mövqeyi

Ramiz Qusarçaylı müasir Azərbaycan poeziyasında xalq ruhunu, milli dəyərləri və mənəvi saflığı poeziyanın əsas mövzusuna çevirən sənətkarlardandır. Onun şeirlərində dil səmimi, obrazlar aydın, fikir isə həmişə insana, onun ruhuna yönəlib. Şair üçün söz sadəcə bədii ifadə vasitəsi deyil, məsuliyyətdir, borcdur, mənəvi missiyadır. O, oxucusuna nəsihət vermir, onunla bərabər düşünür, hiss edir, yaşadır. Şeirlərində təmtəraqlı ifadələr yox, ruhun səsi, həyatın reallığı var. Elə buna görə də onun misraları sadə, amma təsirlidir, sakit, amma dərin mənalıdır.

Şairin yaradıcılığında vətən, insan, dil və vicdan anlayışları bir-birindən ayrılmazdır. O bu mövzuları təkcə poeziyanın mövzusu kimi deyil, həm də mənəvi tərbiyə vasitəsi kimi təqdim edir.

Ramiz Qusarçaylı poeziyanı insanın daxili dünyası ilə millətin yaddaşı arasında körpü kimi dəyərləndirir. Onun üçün dil milli kimliyin qorunması deməkdir, söz isə mənəvi bütövlüyün əsas şərtidir. Bu baxımdan onun yaradıcılığı həm ədəbiyyat, həm də pedaqogika müstəvisində dəyər kəsb edir, çünki o, poetik obrazlarla tərbiyə ideyasını birləşdirə bilən nadir şairlərdəndir.

Onun "Azərbaycan bayrağı",  "Vətən", "Yaxşı ki, yaxşını pis tanımadım" kimi şeirləri təkcə ədəbi nümunə deyil, vətənpərvərlik, əxlaq və insanlıq dərsləridir. Bu əsərlərdəki fikirlər klassik maarifçilik ideyaları ilə səsləşir, oxucuda milli qürur, dürüstlük, insanpərvərlik kimi dəyərləri möhkəmləndirir.

Ramiz Qusarçaylı poeziyada dilin tərbiyəedici funksiyasını bədii-estetik səviyyəyə qaldırır. Onun şeirlərindəki hər söz düşünülərək seçilib, hər ifadə mənəvi mesaj daşıyır. Sanki o, hər misra ilə oxucuya "düz danış, düz yaşa, düz düşün" deyir, amma bunu didaktik tonda yox, poetik zərifliklə çatdırır. Bu baxımdan Ramiz Qusarçaylının yaradıcılığı tərbiyə və ədəbiyyatın qovuşduğu məkandır. O, sözü vasitə yox, dəyər kimi yaşadır; poeziyanı isə tərbiyə məktəbinə çevirir.

Pedaqoji dəyərlər və nümunələr

Ramiz Qusarçaylı poeziyası təkcə hissin deyil, həm də fikrin və mənəviyyatın poeziyasıdır. Onun şeirlərindəki hər misra bir tərbiyə mesajı, bir mənəvi çağırış daşıyır. Şair oxucusuna açıq dərs keçmir, amma onun misraları insanı düşünməyə, düz yaşamağa, doğru davranmağa sövq edir.

Bu pedaqoji dəyərləri Ramiz Qusarçaylının yaradıcılığında aşağıdakı istiqamətlərdə izləmək mümkündür: vətənpərvərlik və tarixi yaddaş, mənəvi-əxlaqi dəyərlər, estetik tərbiyə və sair.

Vətənpərvərlik poeziyanın tərbiyə dili kimi

R.Qusarçaylının yaradıcılığı üçün vətən mövzusu sadəcə bir ideya deyil, daxili inam və şəxsiyyət mövqeyidir. O, vətənpərvərliyi qürur və sevgi ilə ifadə edir. Buna görə də şeirlərində Vətən anlayışı həm mənəvi dayaq, həm də insanın özünü dərk etdiyi məkandır.

Xüsusilə "Azərbaycan bayrağı" şeiri bu baxımdan Ramiz Qusarçaylı poeziyasının zirvələrindəndir. Şair burada bayrağı yalnız milli rəmz kimi deyil, mənəvi bütövlüyün, azadlıq ruhunun və şəhidlik andının simvolu kimi təqdim edir:

Şənini vəsf etməyə yetər, qüdrətim yetər,

Ulduzunu, ayını göydə mələklər ötər,

Hər rəngində "ya qazi, ya şəhid"

bir mən bitər,

Sən ey İstiqlalımın əbədiyyət sancağı -

Azərbaycan bayrağı!

Bu misralarda təkcə bir bayrağın deyil, bir xalqın ruhunun diriliyi duyulur. "Ya qazi, ya şəhid bir mən bitər" ifadəsi milli kimliyi, azadlıq uğrunda fədakarlığı tərbiyəvi bir dəyərə çevirir. Burada Ramiz Qusarçaylı bayrağa sevgi ilə yanaşmağı, onu qorumağı və yaşatmağı mənəvi məsuliyyət kimi təqdim edir.

Şairin bu şeirindəki poetik baxış klassik maarifçilik ənənəsi ilə səsləşir: vətən sevgisi-tərbiyənin mənəvi dayağıdır. "Azərbaycan bayrağı" şeirindəki təsvirlər və emosional ahəng oxucuda vətənpərvərlik, fədakarlıq və kimlik duyğularını gücləndirir. Hər bənd sanki bir dərsdir: dil dərsi, qürur dərsi, vətən dərsi.

Ramiz Qusarçaylının "Vətən" poemasında isə bu hiss daha geniş poetik çərçivədə təqdim olunur. Poema xalqın keçmişi ilə bu gününü birləşdirir, tarixi yaddaşın qorunması və milli birliyin möhkəmləndirilməsi ideyasını daşıyır. Şair burada Vətəni torpaq kimi deyil, mənəvi varlıq kimi təsvir edir - onun yaddaşı, dərdi, sevinci, tarixi və dili ilə birlikdə.

Ramiz Qusarçaylı "Vətən" poemasında oxucunu bir ideala səsləyir: Vətəni sevmək kifayət deyil, onu tanımaq, onu dərk etmək lazımdır.

Onun bu poetik fəlsəfəsi tərbiyə baxımından böyük əhəmiyyət daşıyır: gənclərdə milli kimlik, məsuliyyət, hörmət və azadlıq duyğularını formalaşdırır.

Şairin vətən mövzusuna yanaşması həm də tarixi yaddaşın diriliyinə çağırışdır. O, xalqın keçmişini tərənnüm etməklə kifayətlənmir, bu yaddaşın bugünkü insanın mənəviyyatında yaşaması üçün sözün gücündən istifadə edir.

Mənəvi-əxlaqi dəyərlər

Ramiz Qusarçaylının poeziyasında insanın vicdanı, dürüstlüyü, mərhəməti və əqidəsi əsas mövzulardandır. O, insanın daxili aləmini sadə sözlərlə, amma dərin təsir gücü ilə açır. "Yaxşı ki, yaxşını pis tanımadım" şeirində o, cəmiyyətin mənəvi dilemmasını - yaxşılıq və pisliyin sərhədlərini-poetik dillə təqdim edir. Burada vicdanın səsi ən güclü müəllimə çevrilir. Şair oxucusuna yaxşılıq etməyi əmr etmir, sadəcə onun mənəvi dəyərlərini oyadır.

Bu, klassik pedaqogikada "daxili tərbiyə" adlanır - insanın davranışını xarici nəzarətlə deyil, öz vicdanı ilə tənzimləməsi. Məhz bu cür dəyərlər Ramiz Qusarçaylının poeziyasının əsas ruhunu təşkil edir.

Estetik tərbiyə

Ramiz Qusarçaylının poeziyası həm də gözəlliyi duymaq və dəyərləndirmək məktəbidir. Onun misralarında təbiət, insan və söz arasında daxili harmoniya var. Şairin dilindəki səliqə, ahəng və ritm gənc oxucuda poetik zövq və estetik hiss formalaşdırır.

Bu, pedaqogikanın estetik tərbiyə istiqaməti ilə səsləşir: gözəlliyin dərk edilməsi insanın davranışını və düşüncəsini də saflaşdırır.

Ramiz Qusarçaylının şeirlərində bu dəyərlər bir-birindən ayrılmır. O, vətənpərvərliyi əxlaqla, tarixi yaddaşı estetik duyğularla birləşdirir. Buna görə də onun poeziyası həm milli ruhun, həm də mənəvi tərbiyənin daşıyıcısı kimi dəyərlidir.

Klassik pedaqoji ideyalarla səsləşmək

Ramiz Qusarçaylının yaradıcılığı poeziyanın tərbiyəvi və mənəvi funksiyasına yeni baxış gətirir. O, sözün gücünü insanı anlamaq, dəyərləri dərk etdirmək və düşüncəni formalaşdırmaq vasitəsinə çevirir. Onun poeziyasında tərbiyə prosesi təbii və təsirli şəkildə - hiss, düşüncə və dəyərlərin harmoniyası ilə təqdim olunur.

Bu yanaşma bir çox klassik pedaqoqların ideyaları ilə səsləşir.

Suxomlinski insan tərbiyəsini qəlbin işığı adlandırırdı; Jan Jak Russo tərbiyəni azad düşüncə və təbiilik üzərində qururdu; Uşinski milli ruh və dilin tərbiyədə əsas rolunu vurğulayırdı; Yan Amos Komenski isə ağıl, duyğu və iradənin vəhdətini tərbiyənin əsası sayırdı.

Ramiz Qusarçaylının poetik dünyasında bu prinsiplər bədii formada təcəssüm tapır. Onun sözü həm maarifləndirir, həm düşündürür, həm də ruhlandırır.

Şair poeziyada insanın daxili dünyasını tərbiyənin başlanğıc nöqtəsi kimi qəbul edir. O, insanı dəyişdirməyə deyil, özünü dərk etməyə sövq edən bir tərbiyə fəlsəfəsi yaradır. Bu baxımdan Ramiz Qusarçaylının poeziyası klassik pedaqoqların ideyalarını müasir bədii təfəkkürlə birləşdirir və onları sözün estetik gücü ilə yaşadır.

Ramiz Qusarçaylının yaradıcılığı Azərbaycan poeziyasının mənəvi dəyərlərlə yoğrulmuş müasir mərhələsini təmsil edir. Onun şeirləri göstərir ki, söz yalnız sənət deyil, həm də tərbiyədir; dil yalnız ünsiyyət vasitəsi deyil, həm də şəxsiyyətin aynasıdır.

Şairin poeziyası gənc nəsli düşünməyə, öz köklərini tanımağa, vicdanla yaşamağa və Vətənə bağlı qalmağa çağırır. O, oxucuya "necə yaşamalı?" sualını nəsihətlə deyil, misranın gücü ilə verir. Bu, əsl pedaqoji təsirdir - çünki insanı dəyişdirən, ona yol göstərən tərbiyə forması sözün ruhundan gəlir.

Ramiz Qusarçaylı öz poeziyasında vətənpərvərlik, əxlaq və estetik duyumu bir bütöv dəyərlər sistemi kimi təqdim edir. O, klassik pedaqoji ideyaları milli poeziya dili ilə birləşdirərək, müasir insanın mənəvi inkişafına işıq salır. Onun əsərləri oxucuya həm düşünmək, həm duymaq, həm də doğru davranmaq öyrədir.

Bu mənada Ramiz Qusarçaylının yaradıcılığı təkcə ədəbiyyat faktı deyil, həm də mənəvi-pedaqoji hadisədir. O, şeirləri ilə insan qəlbinə yol tapmağı bacaran, sözə tərbiyə gücü verən sənətkardır. Onun misraları oxucuda estetik zövq, mənəvi rahatlıq və milli qürur oyadır. Hər bir şeiri bir dərs kimidir-dil dərsi, vətən dərsi, insanlıq dərsi.

Bu səbəbdən Ramiz Qusarçaylının əsərləri məktəbdə, universitetdə, ailədə və ümumilikdə cəmiyyətdə mənəvi tərbiyə mənbəyi kimi dəyərləndirilməlidir. Çünki onun poeziyasında tərbiyə sözlə, söz isə sevgi ilə verilir. Bu həm dilə, həm insana, həm də Vətənə sevgidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:48
embedMənbə:https://525.az
archiveBu xəbər 24 Noyabr 2025 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Beyrutda Hizbullah hədəfinə zərbə endirdi

23 Noyabr 2025 19:22see286

Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürüldü Saxlanılanın 14 yaşı var

22 Noyabr 2025 23:58see227

Sadıqovvari tənqid və.. nəticə?

23 Noyabr 2025 10:47see195

Epşteyn işinə görə ABŞ Konqresində ifadə verməlidir

23 Noyabr 2025 13:07see160

Gündə neçə banan yemək olar? Faydaları

23 Noyabr 2025 06:06see146

“Napoli” “Qarabağ”la oyun ərəfəsində qələbə qazanıb

23 Noyabr 2025 01:38see142

Suriyanın bu şəhəri qorxu içindədir: Qadını yandırıb...

23 Noyabr 2025 19:22see140

Azərbaycanın tütün istehsalçısı satışdan nə qədər qazanıb?

23 Noyabr 2025 16:32see136

Naxçıvanda yol qəzası olub, 4 nəfər xəsarət alıb

22 Noyabr 2025 19:20see130

İsraildən sərt mesaj: “Bir neçə cəbhədə əməliyyatları genişləndiririk”

23 Noyabr 2025 16:56see129

La Liqa: Barselona Kamp Nou ya qələbə ilə dönür

23 Noyabr 2025 02:12see127

Almaniyada Ukrayna ilə bağlı Təhlükəsizlik Şurasının iclası keçirilib

23 Noyabr 2025 06:10see127

Ən nadir 5 pişik cinsi

23 Noyabr 2025 03:03see127

Azərbaycana gələn erməni nümayəndələr Bakını gəzdilər Fotolar

22 Noyabr 2025 17:43see127

Ləzizbəy üç il “dincələcək”

23 Noyabr 2025 00:57see126

Qırğızıstanın sabiq prezidentinin oğlu SAXLANILDI

22 Noyabr 2025 23:03see126

Yemək zamanı video izləmək VƏRDİŞİ Hansı psixoloji problemlərin GÖSTƏRİCİSİDİR?

23 Noyabr 2025 20:01see125

Sabah Şamaxı matçında qolsuz BƏRABƏRLİK

23 Noyabr 2025 17:28see124

Ukrayna Rusiyanın əsas mövqelərinə zərbələr endirdi Əməliyyat kadrlarlı

23 Noyabr 2025 20:06see124

Karbohidratlı pəhrizin xeyrini bilirsiniz?

23 Noyabr 2025 17:32see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri