Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Bazar 60 faiz kiçilib...

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

“Ulduzlar” “Ramiz Qusarçaylı ilə bir qış səhəri”ndə FOTOLAR

“Ulduzlar” “Ramiz Qusarçaylı ilə bir qış səhəri”ndə FOTOLAR

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xaçmazda fəaliyyət göstərən Murad Qudyalçaylı adına “Ulduzlar” Ədəbi Məclisinin üzvləri baş katib Aqşin Dadaşoğlunun başçılığı altında növbəti toplantısını Qubada gerçəkləşdirib.Azərbaycan Yazıçılar Birliyi Quba bölməsinin sədri, Əhməd Cavad mükafatı laureatı, bayraqdar şair Ramiz Qusarçaylının dəvəti ilə Xaçmazın qələm adamları ilə birlikdə Quba və Qusarın söz adamları da tədbirdə iştirak edib.

Tədbir Quba “Şahdağ – Truskavets” İstirahət Mərkəzində “Ramiz Qusarçaylı ilə bir qış səhəri” adlı səhər yeməyi ilə başlayıb. İştirakçılar yemək süfrəsi arxasında fikir mübadiləsi də edib, qısa ədəbi söhbətlər aparıblar.Daha sonra iştirakçılar Qərbi Azərbaycan İcması Quba Rayon Nümayəndəliyini ziyarət ediblər. Burada onlar Ramiz Qusarçaylı ilə bərabər Nümayəndəliyin rəhbəri, Azərbaycan Respublikası Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru, biologiya üzrə fəlsəfə doktoru, Prof. İlham Qaraqurbanlının müşayiəti ilə İcmanın ofisi ilə tanış olublar. Qonaqlara Qərbi Azərbaycan İcması haqqında, onun Azərbaycan Respublikasının Quzey bölgəsindəki fəaliyyəti ilə bağlı məlumat verilib. Eyni zamanda Nümayəndəlikdə sərgilənən ədəbiyyat, sənədlərdən ibarət muzey guşəsi qonaqların diqqətinə çatdırılıb. Bildirilib ki, təkcə Qubada 5 minədək Qərbi Azərbaycan əsilli vətəndaş yaşayır ki, onlar da öz ata-baba yurdlarına dönəcəkləri günü həyəcanla gözləyirlər.

Nümayəndəliklə tanışlıqdan sonra konfrans salonunda ədəbiyyat adamlarının ədəbi görüşü keçirilib. Görüşün açılışında çıxış edən Ramiz Qusarçaylı bildirib ki, son vaxtlar “Ulduzlar” Ədəbi Məclisi özünün diqqət çəkən fəaliyyəti ilə əməlli-başlı inqilab edib. O, bölgədə ədəbi fəallığın artmasına verdikləri töhfəyə görə “Ulduzlar”a təşəkkürünü bildirib.

Prof. İlham Qaraqurbanlı da öz növbəsində başçılıq etdiyi Nümayəndəliyə bu qədər qələm adamının gəlməsinə çox sevindiyini deyib. O, Qərbi Azərbaycan davasına qələm adamlarının verə biləcəyi töhfənin çox yüksək olduğunu vurğulayıb.

İlham Qaraqurbanlı qeyd edib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında Qarabağa qayıtdığımız kimi Qərbi Azərbaycana da qayıdacağımız gün uzaqda deyil.“Ulduzlar”ın baş katibi, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, istedadlı şair Aqşin Dadaşoğlu təşəbbüsə və ev sahibliyinə görə Ramiz Qusarçaylı, həmçinin İlham Qaraqurbanlıya təşəkkür etməklə bərabər belə ziyarətlərin ədəbiyyat üfüqlərini genişləndirməsinə diqqət çəkib.

Azərbaycan Dövlət Pedaqoji Universiteti Quba filialında qurulmuş Heydər Əliyev Lektoriyasının müdiri Nəhayət Şirinova da çıxışında təşəbbüsü alqışlayıb, Xaçmazlı qələm adamlarını doğma şəhərində gördüyünə görə sevincini dilə gətirib. O, qeyd edib ki, Ulu Öndər Heydər Əliyev həmişə ədəbiyyata yüksək diqqət göstərib. Çıxışçı əlavə edib ki, Prezident İlham Əliyev də söz adamlarına diqqət və qayğısını əsirgəmir.

Daha sonra çıxış edən Əməkdar jurnalist Azər Həsrət, Xaçmaz Heydər Əliyev Mərkəzinin direktoru Könül Əskərova, Xaçmaz Tarix Diyarşünaslıq Muzeyinin direktoru Pakizə Mehdiyeva, 2-ci Qarabağ Savaşının qazisi, mayor Tariyel Didarov, Xaçmaz rayonundakı Cığatay kənd ibtidai məktəbinin müdiri Vəfa Musayeva maraqlı təşəbbüsə görə Ramiz Qusarçaylıya, həmçinin sözügedən Nümayəndəliyə təşəkkür edib.

Sonra söz şairlər, yazıçılar və qiraətçilərə verilib. Qiraətçilərdən Dilarə Rüstəmova, Gülçəmən Həbibova, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair Gözəl Azayeva şeirlər səsləndirib, təşəbbüsə görə təşəkkür edib.Eyni zamanda Xudatda fəaliyyət göstərən “Söz İşığında” Ədəbi Məclisinin sədri, AYB üzvü, əslən Qərbi Azərbaycandan olan şair Səyyad Sərraf öz şeirini səsləndirib, qonaqpərvərliyə görə təşəkkürünü bildirib.Daha sonra iştirakçılardan AYB üzvləri İbrahim Ağçaylı, Məmməd Qədir, Qiyas Kilsəli (Qərbi Azərbaycan əsillidir), Cümşüd Aydəmir, Səbuhi Hacıxanlı, Ayaz Səlimxanoğlu, Güləli Bağban, Sərvinaz Sərvər, Cəlaləddin Budatoğlu, həmçinin qəzəlxan şair Mövlan Şahid, şair-tərcüməçi Günəş Mövlanov, gənc şair Səməd Asifoğlu şeirlər səsləndirib, ev sahiblərinə xoş arzularını ifadə ediblər.

Qeyd edək ki, tədbir iştirakçılarının bir qismi Nümayəndəliyə öz kitablarını da hədiyyə edib.“Ramiz Qusarçaylı ilə bir qış səhəri”, iştirakçıların da dönə-dönə vurğuladığı kimi, hər kəs üçün 2026-cı ilə damğa vuracaq gözəl bir başlanğıc olub. Tədbirin sonunda iştirakçılar xatirə fotosu çəkdiriblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:232
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 13 Yanvar 2026 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see601

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see428

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see424

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see393

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see376

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see372

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see334

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see273

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see258

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see256

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see237

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see237

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see219

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see217

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see216

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see213

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see212

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see210

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see198

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri