Icma.az
close
up
RU
Ramiz Rzayev: Hakimiyyətin heç bir qolu təkbaşına mövcud ola bilməz

Ramiz Rzayev: Hakimiyyətin heç bir qolu təkbaşına mövcud ola bilməz

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Hakimiyyətlərin bölgüsü prinsipinə uyğun olaraq, məhkəmə hakimiyyəti müstəqil hakimiyyət qoludur".

Oxu.Az-ın məlumatına görə, bunu Bakıda keçirilən Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci illik toplantısı çərçivəsində "Hakimiyyət bölgüsü və hakimiyyət qolları arasında əlaqələrə dair konstitusion təminatların müzakirəsi" mövzusunda keçirilən konfransda Azərbaycan Hakimlər İttifaqının sədri Ramiz Rzayev deyib.

O bildirib ki, məhkəmələr demokratik və hüquqi dövlətlərdə hüquq və azadlıqlarının, cəmiyyətin təməl dəyərlərinin qoruyucusudur:

"Əlbəttə ki, hakimiyyətin heç bir qolu təkbaşına mövcud ola bilməz, onlar digər qollarla vəhdətdə mövcud olur. Bu vəhdət onların səlahiyyətlərinin bölgüsünü təmin etməklə yanaşı, hakimiyyətin balanslı idarəçiliyinin həyata keçirilməsinə şərait yaradır. Eyni zamanda çəkindirmə və tarazlaşdırma mexanizmi istənilən dövlət hakimiyyəti orqanları tərəfindən sui-istifadəni istisna edir. Məhkəmə hakimiyyəti əsas tarazlaşdırıcı mexanizm kimi dövlət hakimiyyəti sistemində qanunvericilik və icra hakimiyyətlərinin hüquq çərçivəsində fəaliyyət göstərmələri üçün onların fəaliyyətini istiqamətləndirir, dövlət hakimiyyəti orqanları arasındakı səlahiyyətlər bölgüsü ilə bağlı mübahisələri həll edir".

Ramiz Rzayev bildirib ki, konstitusiya mətnlərində və doktrinalarda hakimiyyət bölgüsünü təşkil edən hakimiyyət qollarını sadalayarkən, məhkəmə hakimiyyəti qanunvericilik və icraedici hakimiyyətdən sonra sadalandığı üçün onu çox vaxt "üçüncü qol" adlandırırlar:

"Lakin bu heç bir halda onun əhəmiyyətini və ya hakimiyyətin digər qollarına münasibətdə müstəqilliyini azaltmır. Üstəlik, qanunvericilik və icra hakimiyyətlərinin qarşılıqlı asılılığı parlament və ya prezident respublikası idarəetmə formasından asılı olaraq daha çox, ya da az ola bilər. Amma istənilən idarəetmə formasında məhkəmə hakimiyyəti digər qollardan eyni dərəcədə ayrı olur".

Samir Əli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://oxu.az
archiveBu xəbər 14 Oktyabr 2025 09:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see363

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see340

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see279

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see273

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see270

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see269

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see263

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see256

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see253

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see249

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see241

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see238

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see236

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see235

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see228

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see224

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see208

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri