Icma.az
close
up
RU
Rasim Balayev Səyavuş Aslanın oğlunun cavabını verdi: Sənin nə borcuna?

Rasim Balayev Səyavuş Aslanın oğlunun cavabını verdi: Sənin nə borcuna?

Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.


Xalq artisti, mərhum sənətkar Səyavuş Aslanın oğlu Eldar Aslan bildirib ki, atası hər zaman teatrı kinodan üstün tutub, əsl aktyorun, sənətkarın yalnız səhnədə yetişdiyini düşünüb.

Bakupost.az xəbər verir ki, o, həmçinin Rasim Balayev və Fəxrəddin Manafov kimi tanınmış aktyorların teatrda özlərini təsdiqləməkdə çətinlik çəkdiklərini də vurğulayıb:

"Mənim yadımdadır, xalq artisti Rasim Balayev Akademik Milli Dram Teatrında işləməyə gəldi. O, yəqin düşünürdü ki, kinoda olduğu kimi, teatrı da fəth edə bilər. Həsən Turabov meydanı ona vermişdi. Rasim müəllimin özündən də soruşa bilərsiniz, deyirdi ki, mənimki teatrda alınmadı. Kinoda 3-4 dubl var, amma teatrda çalışan aktyorun hafizəsi, yaddaşı iti olmalıdır. Fəxrəddin Manafov da gəlmişdi, amma meydanı fəth edə bilmədi. Onlar nə atamın, nə də Həsən Turabovun reytinqinə düşə bildilər. Teatr artisti son mərhələdir. Onu əldə etmək üçün böyük güc lazımdır".

O, daha sonra əlavə edib: "Yadımdadır, Rasim müəllimin yaddaşı zəif idi, sözlər yadında qalmırdı. Atamda hədəf yox idi ki, kinoya gəlsin, kinonu fəth etsin. Onun əsas məqsədi teatr idi. Çünki güc səhnədə idi. Atam teatr aktyoru kimi tanınıb sevilmişdi. O istəyirdi ki, tamaşaçılar onu teatr aktyoru kimi yadda saxlasınlar. Rasim müəllimi də kino aktyoru kimi yadda saxlayıb, sevdilər. Rasim Balayev mənim çox sevdiyim aktyor, ucu-bucağı olmayan bir şəxsiyyətdir. Mən "Nəsimi" filminin vurğunuyam. Onun şeirlərini səsləndirirəm. Mən sadəcə gözümün şahidi olduğunu deyirəm. Həmçinin də Fəxrəddin Manafov. Fəxrəddin Manafovun "Təhminə və Zaur"dan başqa bir rolu var? Bəzi filmlər oldu, amma yadda qalmadı. Bu, mənim subyektik fikrimdir. Ümid edirəm ki, fikirlərim birmənalı qarşılanmaz".

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Rasim Balayev Cebheinfo.az-a açıqlamasında bildirib ki, teatrı fəth etmək kimi bir arzusu olmayıb:

"Qoy desin, hansı teatr? Teatr var? Mənə heç bir şərait yaradılmayıb. Məni iki tamaşaya dəvət ediblər. Həsən Turabovun mənə şərait yaratması və s. hamısı yalandır. Elə bir şey olmayıb. Sadəcə mənə dedilər ki, İblis obrazını oynayım. Bir də müəllimim Mehdi Məmmədov o tamaşanı qoymuşdu, 2000-ci ildə isə "Aydın"da Dövlət bəyi oynadım. Vəssalam. Yəni mənim teatrda işləmək həvəsim də olmayıb, çünki həmin vaxt mən çox yerdə kinoya çəkilirdim. Mənim teatrı fəth etmək kimi bir istəyim də olmayıb, arzum da".

Xalq artisti qeyd edib ki, yalnız teatrşünas və sənətdən anlayan şəxslərin fikirləri onun üçün əhəmiyyətlidir:

"Qoy desinlər. Mən bilmirəm ki, o kimdir. Əgər bu fikirləri bir teatrşünas, teatrdan başı çıxan adam desəydi, məni maraqlandırardı. Baxırsan ki, sənin nə borcuna? Sən tamam başqa bir sahənin adamısan. Sənə dəxli olmayan məsələ haqqında niyə danışırsan? Onlardan çoxdur və mən də onların heç birinə cavab vermirəm".


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 13 Sentyabr 2025 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see281

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see254

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see224

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see209

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see206

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see195

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see183

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see182

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see177

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see165

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see163

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see162

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see162

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see157

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see151

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see149

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see148

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see146

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri