Icma.az
close
up
RU
Rasim Balayevdən Səyavuş Aslanın oğluna cavab

Rasim Balayevdən Səyavuş Aslanın oğluna cavab

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

Xalq artisti, mərhum sənətkar Səyavuş Aslanın oğlu Eldar Aslan bildirib ki, atası hər zaman teatrı kinodan üstün tutub, əsl aktyorun, sənətkarın yalnız səhnədə yetişdiyini düşünüb. O, həmçinin Rasim Balayev və Fəxrəddin Manafov kimi tanınmış aktyorların teatrda özlərini təsdiqləməkdə çətinlik çəkdiklərini də vurğulayıb: 

"Mənim yadımdadır, Xalq artisti Rasim Balayev Akademik Milli Dram Teatrında işləməyə gəldi. O, yəqin düşünürdü ki, kinoda olduğu kimi teatrı da fəth edə bilər.  Həsən Turabov meydanı ona vermişdi. Rasim müəllimin özündən də soruşa bilərsiniz, deyirdi ki, mənimki teatrda alınmadı. Kinoda 3-4 dubl var, amma teatrda çalışan aktyorun hafizəsi, yaddaşı da iti olmalıdır. Fəxrəddin Manafov da gəlmişdi, amma meydanı fəth edə bilmədi. Onlar nə atamın, nə də Həsən Turabovun reytinqinə düşə bildilər. Teatr artisti son mərhələdir. Onu əldə etmək üçün böyük güc lazımdır”. 

O, daha sonra əlavə edib: 

"Yadımdadır, Rasim müəllimin yaddaşı zəif idi, sözlər yadında qalmırdı. Atamda hədəf yox idi ki, kinoya gəlsin, kinonu fəth etsin. Onun əsas məqsədi teatr idi. Çünki güc səhnədə idi. Atam teatr aktyoru kimi tanınıb sevinmişdi. O istəyirdi ki, tamaşaçılar onu teatr aktyoru kimi yadda saxlasınlar. Rasim müəllimi də kino aktyoru kimi yadda saxlayıb, sevdilər. Rasim Balayev mənim çox sevdiyim aktyor, ucu-bucağı olmayan bir şəxsiyyətdir. Mən "Nəsimi” filminin vurğunuyam. Onun şeirlərini səsləndirirəm. Mən sadəcə gözümün şahidi olduğunu deyirəm. Həmçinin də Fəxrəddin Manafov. Fəxrəddin Manafovun "Təhminə və Zaur”dan başqa bir rolu var? Bəzi filmlər oldu, amma yadda qalmadı. "Udar”ı Zaur rolu ilə vurdu və yadda qaldı. Bu, mənim subyektik fikrimdir. Ümid edirəm ki, fikirlərim birmənalı qarşılanmaz”.

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev Cebheinfo.az-a açıqlamasında bildirib ki, teatrı fəth etmək kimi bir arzusu olmayıb: 

"Qoy desin, hansı teatr? Teatr var? Mənə heç bir şərait yaradılmayıb. Məni iki tamaşaya dəvət ediblər. Həsən Turabovun mənə şərait yaratması və s.  hamısı yalandır. Elə bir şey olmayıb. Sadəcə mənə dedilər ki, "İblis” obrazını oynayım. Bir də müəllimim Mehdi Məmmədov o tamaşanı qoymuşdu, 2000-ci ildə isə "Aydın”da Dövlət bəyi oynadım. Vəssalam. Yəni mənim teatrda işləmək həvəsim də olmayıb, çünki həmin vaxt mən çox yerlərdə kinoya çəkilirdim. Mənim teatrı fəth etmək kimi bir istəyim də olmayıb, arzum da".

Xalq artisti qeyd edib ki, yalnız teatrşünas və sənətdən anlayan şəxslərin fikirləri onun üçün əhəmiyyətlidir: 

"Qoy desinlər. Mən bilmirəm ki, o kimdir. Əgər bu fikirləri bir teatrşünas, teatrdan başı çıxan adam desəydi, məni maraqlandırardı. Baxırsan ki, sənin nə borcuna? Sən tamam başqa bir sahənin adamısan. Sənə dəxli olmayan məsələ haqqında niyə danışırsan? Onlardan çoxdur və mən də onların heç birinə cavab vermirəm".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 13 Sentyabr 2025 09:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see397

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see367

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see355

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see296

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see279

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see256

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see250

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see247

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see225

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see222

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see222

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see216

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see213

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see201

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see201

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see192

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see167

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see166

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri