Icma.az
close
up
RU
Rasim Balayevdən Səyavuş Aslanın oğluna cavab: “Həsən Turabovun mənə şərait yaratması yalandır”

Rasim Balayevdən Səyavuş Aslanın oğluna cavab: “Həsən Turabovun mənə şərait yaratması yalandır”

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Xalq artisti, mərhum sənətkar Səyavuş Aslanın oğlu Eldar Aslan bildirib ki, atası hər zaman teatrı kinodan üstün tutub, əsl aktyorun, sənətkarın yalnız səhnədə yetişdiyini düşünüb. 

O, həmçinin Rasim Balayev və Fəxrəddin Manafov kimi tanınmış aktyorların teatrda özlərini təsdiqləməkdə çətinlik çəkdiklərini də vurğulayıb: 

“Mənim yadımdadır, Xalq artisti Rasim Balayev Akademik Milli Dram Teatrında işləməyə gəldi. O, yəqin düşünürdü ki, kinoda olduğu kimi teatrı da fəth edə bilər. 

Həsən Turabov meydanı ona vermişdi. Rasim müəllimin özündən də soruşa bilərsiniz, deyirdi ki, mənimki teatrda alınmadı. Kinoda 3-4 dubl var, amma teatrda çalışan aktyorun hafizəsi, yaddaşı da iti olmalıdır. Fəxrəddin Manafov da gəlmişdi, amma meydanı fəth edə bilmədi. Onlar nə atamın, nə də Həsən Turabovun reytinqinə düşə bildilər. Teatr artisti son mərhələdir. Onu əldə etmək üçün böyük güc lazımdır”. 

O, daha sonra əlavə edib: 

“Yadımdadır, Rasim müəllimin yaddaşı zəif idi, sözlər yadında qalmırdı. Atamda hədəf yox idi ki, kinoya gəlsin, kinonu fəth etsin. Onun əsas məqsədi teatr idi. Çünki güc səhnədə idi. Atam teatr aktyoru kimi tanınıb sevinmişdi. O istəyirdi ki, tamaşaçılar onu teatr aktyoru kimi yadda saxlasınlar. Rasim müəllimi də kino aktyoru kimi yadda saxlayıb, sevdilər. 

Rasim Balayev mənim çox sevdiyim aktyor, ucu-bucağı olmayan bir şəxsiyyətdir. Mən “Nəsimi” filminin vurğunuyam. Onun şeirlərini səsləndirirəm. Mən sadəcə gözümün şahidi olduğunu deyirəm. Həmçinin də Fəxrəddin Manafov. 

Fəxrəddin Manafovun “Təhminə və Zaur”dan başqa bir rolu var? Bəzi filmlər oldu, amma yadda qalmadı. “Udar”ı Zaur rolu ilə vurdu və yadda qaldı. Bu, mənim subyektik fikrimdir. Ümid edirəm ki, fikirlərim birmənalı qarşılanmaz”.

“Cebheinfo.az”a açıqlamasında Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev bildirib ki, teatrı fəth etmək kimi bir arzusu olmayıb: 

“Qoy desin, hansı teatr? Teatr var? Mənə heç bir şərait yaradılmayıb. Məni iki tamaşaya dəvət ediblər. Həsən Turabovun mənə şərait yaratması və s.  hamısı yalandır. Elə bir şey olmayıb. Sadəcə mənə dedilər ki, “İblis” obrazını oynayım. Bir də müəllimim Mehdi Məmmədov o tamaşanı qoymuşdu, 2000-ci ildə isə “Aydın”da Dövlət bəyi oynadım. Vəssalam. Yəni mənim teatrda işləmək həvəsim də olmayıb, çünki həmin vaxt mən çox yerlərdə kinoya çəkilirdim. Mənim teatrı fəth etmək kimi bir istəyim də olmayıb, arzum da”. 

Xalq artisti qeyd edib ki, yalnız teatrşünas və sənətdən anlayan şəxslərin fikirləri onun üçün əhəmiyyətlidir: 

“Qoy desinlər. Mən bilmirəm ki, o kimdir. Əgər bu fikirləri bir teatrşünas, teatrdan başı çıxan adam desəydi, məni maraqlandırardı. Baxırsan ki, sənin nə borcuna? Sən tamam başqa bir sahənin adamısan. Sənə dəxli olmayan məsələ haqqında niyə danışırsan? Onlardan çoxdur və mən də onların heç birinə cavab vermirəm”. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Açar sözlər: Rasim Balayev Eldar Aslan

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 Sentyabr 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see179

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see171

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see153

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see149

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see139

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see139

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri