Icma.az
close
up
RU
Rasim Məmmədov əmlaklarını geri istəyir

Rasim Məmmədov əmlaklarını geri istəyir

“Baku Steel Company”nin həbsdə olan keçmiş rəhbəri Rasim Məmmədovun barəsindəki qərardan apellyasiya şikayəti verilib. 

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin hazırlıq iclası dekabrın 25-nə təyin edilib.
 

Şikayət hakim Faiq Qəniyevin sədrliyi ilə araşdırılacaq.

O, müsadirə edilmiş əmlaklarının geri qaytarılmasını istəyir. 

Qeyd: Rasim Məmmədov DTX-nin keçirdiyi əməliyyatla həbs edilib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 185 milyon manatlıq yeyintidə təqsirli bilinib. 14 il azadlıqdan məhrum edilib. Bundan əlavə onun 70 milyonluq əmlakı müsadirə edilib. Bakı Apellyasiya Məhkəməsi həbs müddətini 3 ay azaldıb, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılıb. Ali Məhkəmədə də şikayətini təmin etməyib. 

Xatırlatma: Daha əvvəl Ali Məhkəmə müsadirə edilən əmlaklarla bağlı şikayətləri rədd edib.

Kamal Məmmədov

seeBaxış sayı:37
embedMənbə:https://pravda.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri