Icma.az
close
up
RU
Asim Mollazadə: Azərbaycan və müttəfiqləri qitələrarası sistem yaradır

Asim Mollazadə: Azərbaycan və müttəfiqləri qitələrarası sistem yaradır

Reyting.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


“Mayın 28-də Laçında hava limanının açılması və burada üç dövlət başçısının iştirakı ilə zirvə görüşünün keçirilməsi dünyaya ciddi mesajdır”.

Bunu “Reytinq” qəzetinə Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin üzvü Asim Mollazadə deyib.
A. Mollazadə bildirib ki, Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Laçında bir araya gəlmələri dünya tərəfindən izlənilib: “Bu tədbirin özü açıq mesajdır ki, biz bir yerdəyik, eyni qərarları dəstəkləyirik, əməkdaşlıq və iqtisadi münasibətləri müdafiə edirik, eləcə də təhlükəsiz və stabil dünyanın yaradılması əsas hədəfimizdir. Sözsüz ki, bu siyasət birləşdirici xarakter daşıyır. Hesab edirəm ki, bu ölkələrin bundan sonra da birgə layihələri olacaq”.
Üç dost və müttəfiq ölkə liderinin Laçında bir araya gəlməsinin münasibətlərin daha da sıxlaşmasına səbəb olacağını deyən deputat əlavə edib ki, onsuzda bu ölkələr arasında əlaqələr çox dərindir: “Bu əlaqələr və müttəfiqlik dəfələrlə sınaqdan çıxıb. Hesab edirəm ki, bu zirvə görüşü dost ölkələrin birgə layihələrinin olacağını göstərir, onların gələcək üçün müəyyən planlarından xəbər verir. Bu, həm də Azərbaycanla dost olan digər ölkələr üçün də əhəmiyyətlidir. Bəli, bu müttəfiq dövlətlər qitələrarası əməkdaşlıq sistemini təklif edir, onu qurur. Asiyadan Avropaya olan yeni sistemin formalaşdırılması üçün işlər görülür. Bura yollar, təhlükəsiz ticarət, əməkdaşlıq, qarşılıqlı fayda əldə etmək, enerji resursları və digər məsələlər daxildir. Hesab edirəm ki, Azərbaycan sabit dünya üçün böyük işlər görür”.
A. Mollazadə qeyd edib ki, bu üç ölkənin müttəfiqliyi əslində dünyaya dostluq mesajı verir: “Təhlükəsiz və firavan dünyanın qurulması, qitələrarası sistemin yaradılması, hamının sülh içində yaşaması maraqlara cavab verir. Azərbaycan və onun müttəfiqləri müasir çağırışlara uyğun münasibət ifadə edir”.

Y. QACAR
Reyting.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://reyting.az
archiveBu xəbər 30 May 2025 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see141

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

30 May 2025 09:01see126

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

31 May 2025 01:21see122

Kürdəmirdə 32 yaşlı qadının körpəsi ölü doğulub

30 May 2025 14:54see122

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

30 May 2025 18:04see121

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see119

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see119

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see118

İspaniya təmsilçisi Fernando Torreslə müqavilə müddətini uzadıb

31 May 2025 02:02see117

Milan Reyndersi rekord qiymətə sata bilər

30 May 2025 18:31see116

Maqnit qasırğası 24 saatdan çoxdur davam edir

30 May 2025 10:03see115

İşğaldan azad edilən ərazilərə daşınan sərnişin sayı...

30 May 2025 18:36see115

Zelenski birbaşa danışıqlar arzusu ilə seçkiləri təxirə salmaq istəyir

30 May 2025 14:08see115

Gürcüstan Milli Kitabxanasında “Azərbaycan ədəbiyyatı guşəsi” yaradılıb

30 May 2025 13:42see114

Asim Mollazadə: Azərbaycan və müttəfiqləri qitələrarası sistem yaradır

30 May 2025 18:33see114

Sağlamlıq imkanları məhdud uşaqlara hədiyyələr verilib

30 May 2025 20:40see114

Bərdəni dəfələrlə “Smerç”lərlə vurdular Zərərçəkmiş

30 May 2025 15:00see114

Qatara biletsiz minənlərə pis xəbər

30 May 2025 18:41see113

Koronavirusun yeni ştammının “imza” simptomunun adı açıqlanıb

30 May 2025 21:37see113

Daxildə Birlik, Xaricdə Etibar Azərbaycanın Müstəqillik Formulu

30 May 2025 11:45see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri