Icma.az
close
up
RU
Rauf Vəliyev: Rəqəmsal idarəetmə vasitələri münasibətlərin daha şəffaf qurulmasına şərait yaradır FOTO

Rauf Vəliyev: Rəqəmsal idarəetmə vasitələri münasibətlərin daha şəffaf qurulmasına şərait yaradır FOTO

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rəqəmsal idarəetmə vasitələri sayəsində fəaliyyətlərin izlənməsi, hesabatlılıq və analitik təhlil imkanları həm daxili nəzarəti gücləndirir, həm də tərəfdaşlarla münasibətlərin daha şəffaf və açıq qurulmasına şərait yaradır.

Avtosfer.az “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) istinadən xəbər verir ki, bunu qurumun İdarə Heyətinin sədri Rauf Vəliyev “ASCO Management Dashboard” platformasının demo versiyasının təqdimatında bildirib.

Onun sözlərinə görə, platforma şirkətin innovasiya və rəqəmsallaşma sahəsində həyata keçirdiyi mühüm layihələrdəndir. Sədr belə müasir alətlərin idarəetmədə səmərəliliyin və effektivliyin, eləcə də operativlik və şəffaflığın daha da artırılmasına, həmçinin məlumat əsaslı qərar qəbuluna mühüm töhfə verdiyini qeyd edib.

R.Vəliyev ASCO-nun rəqəmsal mühitinə əlavə olunan yeni elektron məhsulun ərsəyə gəlməsində əməyi olan komanda üzvlərini təbrik edib və onlara təşəkkürünü bildirib.

Daha sonra ASCO-nun İdarə Heyəti sədrinin müavini Tariyel Mirzəyev “ASCO Management Dashboard” platformasının demo versiyasının texniki imkanlarını təqdim edib. O bildirib ki, platformanın əsas məqsədi bütün əsas fəaliyyət istiqamətləri üzrə vacib göstəricilər və indikatorları real vaxt rejimində vahid məkanda konsolidasiya olunmuş şəkildə təqdim etməkdir. Platforma məlumatların təhlilində çoxsəviyyəli və dərin yanaşma təmin edir, istifadəçiyə ümumi göstəricilərdən başlayaraq məlumat ierarxiyası üzrə daha aşağı pillələrədək düşməyə, gəmi, personal və daşımalar üzrə detallı analiz aparmağa imkan yaradır. Bu isə ASCO-da müxtəlif rəhbərlik səviyyələrində idarəetmə üçün vacib məlumatların vizual, infoqrafik və anlaşılan formada əlçatanlığını artırır.

Layihə çərçivəsində 16 modul hazırlanıb. Bunlar arasında donanma və onun mövqeyi, əməliyyat və maliyyə nəticələri, rəhbərlik üçün xülasə, gəmi qrupları üzrə hesabatlar, gəmi təmiri və tikintisi, insan resursları, keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi (KSƏTƏMM), satınalmalar, risklərin idarə olunması, əsas səmərəlilik və performans göstəriciləri (KPI), informasiya texnologiyaları, istehsalat sahələrinin canlı müşahidə və monitorinqi kimi əsas istiqamətlər xüsusi yer alıb.

Təqdimat zamanı əməkdaşlara platformadan istifadə qaydaları, məlumat və hesabatların həcmi barədə geniş məlumat verilib. Qeyd olunub ki, əməkdaşların rəy və təklifləri əsasında platformanın funksionallığı təkmilləşdirilərək, “Dashboard” qısa zamanda tam istifadəyə veriləcək.

“ASCO Management Dashboard” platformasının yaradılması prosesini şirkətin daxili resursları hesabına onun mütəxəssisləri beynəlxalq təcrübəni öyrənərək həyata keçirib. Yeni sistem 2014-cü ildən ASCO-da istifadə olunan SAP və donanmanın idarə olunması üçün Gəmiçilikdə tətbiq edilən “Fleet” sistemlərinin bazası üzərində qurulub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 12 Avqust 2025 19:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see213

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see210

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see195

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see178

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see158

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see156

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see153

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see151

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see142

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri