Rəqəmsal texnologiyaların tətbiqi imtahan prosesinin daha şəffaf və ədalətli təşkilini mümkün edirr Ekspert
525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Artıq dünya süni intellektə və rəqəmsal texnologiyalara əsaslanan sistemlərə keçid edir. Bu sahədə Azərbaycanda da ilkin nailiyyətlər müşahidə olunur. Dövlət İmtahan Mərkəzinin və Elm və Təhsil Nazirliyinin elektron imtahan təcrübəsi artıq var. Hazırda bir sıra imtahanların, o cümlədən, MİQ, sertifikasiya və müəyyən səviyyəli qəbul imtahanları elektron formada keçirilir. Bu təcrübə gələcəkdə daha geniş tətbiq üçün etibarlı əsas yaradır".
Bunu təhsil eksperti Ramin Nurəliyev 525.az-a deyib. Ekspert hesab edir ki, tam elektron imtahan sisteminə keçid üçün ciddi texniki və maliyyə hazırlığı zəruridir:
“İnzibati binaların uyğunlaşdırılması, texniki infrastrukturun qurulması, təhlükəsizlik tədbirlərinin təmin edilməsi üçün ciddi maliyyə vəsaiti və resurs tələb olunur. Amma bu sərmayə gələcəkdə həm vaxt, həm də insan resurslarına qənaət baxımından geri dönəcək. Fikrimcə, elektron imtahan sisteminə keçidin əsas üstünlüklərindən biri insan faktorunun aradan qaldırılması və nəticələrin daha obyektiv şəkildə qiymətləndirilməsidir. İmtahanların yoxlanılmasına insan əli dəyməməlidir. İnsan faktoru olduqda, istər-istəməz obyektivlik sual altına düşür.
Sevinc Qarayeva


