Icma.az
close
up
RU
Ravşan Xocayev: “Hədəf Azərbaycan üçün Olimpiya çempionu verməkdir” İdman və Biz

Ravşan Xocayev: “Hədəf Azərbaycan üçün Olimpiya çempionu verməkdir” İdman və Biz

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

“Azərbaycan boksu həmişə dünyada liderlik edib. Nəriman Abdullayev, Vaqif Şirinov, Məmməd Eyvazov kimi məşqçilər həmişə yay olimpiya oyunları və dünya çempionatlarından medallarla qayıdıb, çempionluq sevinci yaşayıblar”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə kişi boksçulardan ibarət milli komandamıza yeni baş məşqçi təyin olunan Ravşan Xocayev deyib.

Özbəkistanlı baş məşqçi təyinatı ilə bağlı bunları bildirib: “Son üç Olimpiadada mən də iştirak etmişəm, Azərbaycan boksçularını izləmişəm. Onlar Olimpiadalarda gümüş və bürünc mükafatlar qazanılıblar. Məlum olduğu kimi, Milli Olimpiya Komitəsinin prezidenti cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə idmanın inkişafı üçün mühüm tədbirlər həyata keçirilir. Boksdan danışsaq, şəxsən mən bir mütəxəssis kimi düşünürəm ki, yığmada rəqabəti artırmaq, komanda üçün kontingent toplamaq lazımdır. Ölkənin çox sayda istedadlı oğlanlarının olduğu rayonlarında şərait yaratmaq və gələcək üçün həmin bölgələrdə boksu inkişaf etdirmək lazımdır. İnanıram ki, biz buna nail olacağıq”.

R.Xocayevin sözlərinə görə, 2023-cü ilin sentyabrından Azərbaycan boksçularının uğurlu çıxışı üçün müxtəlif yaş qruplarına nəzarət edib və bu, öz bəhrəsini verib: “Məni ötən ildən Azərbaycan Boks Federasiyasının texniki direktor vəzifəsinə dəvət etdilər. Vəzifəm yığmalara nəzarət etmək və hazırlıq proseslərində iştirak etmək idi. Məşqçi olduğum üçün kənarda qala bilmədim, boksçu hazırlamağa, gənclər və Elbrus Rzayevin çalışdığı 19-22 yaşlılardan ibarət komandaların hazırlığına kömək etməyə başladım. Onunla birlikdə iki qızıl medal əldə etdiyimiz Avropa çempionatında yaxşı nəticələr qazandıq, son illərdə 19-22 yaşlılar arasında iki Avropa çempionatında da maksimal nəticələrə imza atdıq. Monteneqroda təşkil olunan gənclərin dünya çempionatında da yaxşı nəticələr göstərdik. Qızıl medal qazanmasaq da, nəticələrin pis olmadığını düşünürəm. Çünki Azərbaycan boksçuları Kuba, Rusiya, Qazaxıstan kimi ölkələrdən olan güclü rəqibləri məğlub etməyə başladılar”.

O, milli komandamızda əsas hədəfini də açıqlayıb: “Bu, Azərbaycan üçün Olimpiya çempionu verməkdir. Çünki müstəqillik illərində ölkə boksunda belə nəticə olmayıb. Əlbəttə ki, buna idmançıların özünün, məşqçilərin və federasiya rəhbərliyinin köməyi ilə çatmaq olar”.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 06 Dekabr 2024 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri