Ravşan Xocayev: Əsas diqqətimizi Bolqarıstandakı turnirin hazırlığına yönəltmişik
Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Azərbaycan çempionatından sonra ilk təlim-məşq toplanışımızdır. Əsasən fiziki hazırlığa diqqət yetirdik. Ümumilikdə, toplanışda 40-a yaxın boksçu iştirak etdi. Onlar yığmasının 1, 2 və 3 nömrəli boksçularıdır".
İdman.biz xəbər verir ki, bunu boks üzrə Azərbaycan yığmasının baş məşqşisi Ravşan Xocayev deyib.
Özbəkistanlı mütəxəssis millimizin Göygöldə keçirilən təlim-məşq toplanışını dəyərləndirib: "Planlarımıza uyğun növbəti toplanış Bakıda Boks Mərkəzində təşkil olunacaq. Əsas diqqətimizi Bolqarıstanda təşkil ediləcək beynəlxalq turnirin hazırlığına yönəltmişik. Bu turnir qeyri-rəsmi kiçik dünya çempionatı adlanır. Özbəkistan, Qazaxıstan və Avropanın güclü boks ölkələri bu yarışda 2-3 heyətlə iştirak edəcəklər. Biz də orada 1-ci və 2-ci heyətimizi sınaqdan keçirmək istəyirik. Bolqarıstandakı turnirdə bəzi çəki dərəcələrində Azərbaycan çempionatında iştirak edən boksçuların beynəlxalq arenadakı güclərini yoxlayacağıq. Bundan əlavə mayın sonunda təşkil olunacaq dünya çempionatına hazırlıq mərhələsi olacaq. Bu məqsədlə Özbəkistan və Qazaxıstan komandaları ilə Kislovodskda təlim-məşq toplanışı keçirəcəyik".
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 28 Yanvar 2025 01:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















