Icma.az
close
up
RU
Ravşan Xocayev: “Yığmada rəqabəti artırmaq, komanda üçün kontingent toplamaq lazımdır”

Ravşan Xocayev: “Yığmada rəqabəti artırmaq, komanda üçün kontingent toplamaq lazımdır”

Icma.az bildirir, Operativmedia portalına istinadən.

"Operativ Media" xəbər verir ki, bunu Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə kişi boksçulardan ibarət milli komandamıza yeni baş məşqçi təyin olunan Ravşan Xocayev deyib.

Özbəkistanlı baş məşqçi təyinatı ilə bağlı bunları bildirib: “Son üç Olimpiadada mən də iştirak etmişəm, Azərbaycan boksçularını izləmişəm. Onlar Olimpiadalarda gümüş və bürünc mükafatlar qazanıblar. Məlum olduğu kimi, Milli Olimpiya Komitəsinin prezidenti cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə idmanın inkişafı üçün mühüm tədbirlər həyata keçirilir. Boksdan danışsaq, şəxsən mən bir mütəxəssis kimi düşünürəm ki, yığmada rəqabəti artırmaq, komanda üçün kontingent toplamaq lazımdır. Ölkənin çox sayda istedadlı oğlanlarının olduğu rayonlarında şərait yaratmaq və gələcək üçün həmin bölgələrdə boksu inkişaf etdirmək lazımdır. İnanıram ki, biz buna nail olacağıq”.

R.Xocayevin sözlərinə görə, 2023-cü ilin sentyabrından Azərbaycan boksçularının uğurlu çıxışı üçün müxtəlif yaş qruplarına nəzarət edib və bu, öz bəhrəsini verib: “Məni ötən ildən Azərbaycan Boks Federasiyasının texniki direktor vəzifəsinə dəvət etdilər. Vəzifəm yığmalara nəzarət etmək və hazırlıq proseslərində iştirak etmək idi. Məşqçi olduğum üçün kənarda qala bilmədim, boksçu hazırlamağa, gənclər və Elbrus Rzayevin çalışdığı 19-22 yaşlılardan ibarət komandaların hazırlığına kömək etməyə başladım. Onunla birlikdə iki qızıl medal əldə etdiyimiz Avropa çempionatında yaxşı nəticələr qazandıq, son illərdə 19-22 yaşlılar arasında iki Avropa çempionatında da maksimal nəticələrə imza atdıq. Monteneqroda təşkil olunan gənclərin dünya çempionatında da yaxşı nəticələr göstərdik. Qızıl medal qazanmasaq da, nəticələrin pis olmadığını düşünürəm. Çünki Azərbaycan boksçuları Kuba, Rusiya, Qazaxıstan kimi ölkələrdən olan güclü rəqibləri məğlub etməyə başladılar”.

O, milli komandamızda əsas hədəfini də açıqlayıb: “Bu, Azərbaycan üçün Olimpiya çempionu verməkdir. Çünki müstəqillik illərində ölkə boksunda belə nəticə olmayıb. Əlbəttə ki, buna idmançıların özünün, məşqçilərin və federasiya rəhbərliyinin köməyi ilə çatmaq olar”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://operativmedia.az
archiveBu xəbər 06 Dekabr 2024 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri