“Rayonlara, dağlara gedəndən sonra özümü efirə yad hiss edirəm” Nazilə Yeni Gündəm
Yenigundem saytından alınan məlumata görə, Icma.az bildirir.
Şairə Nazilə Səfərli efirlərə qarşı soyumasından gileylənib.
“Yeni Gundem” xəbər verib ki, bu barədə şairə “ATV”də qonaq olduğu “Rəngarəng” verilişində danışıb.
“Rayonlara, dağlara gedəndən sonra özümü efirə yad hiss edirəm. Əvvəllər axşam toy olurdu, səhər efirlərdə olurdum. Hətta kövrəlmişəm ki, vaxt olurdu, qatara minib, burdan “Tovuz” kanalının efirinə çıxmaq üçün yol getmişik. Vaxt olub ki, Zaur Baxşəliyevin “Yağ kimi” verilişi bizim evə gələcək deyə iki gün atamız, bacımız, qardaşımız yığışıb evin fasadını boyamışıq. Başqa bir kanal evimizə çəkilişə gələcək deyə “quzu ordan asılsın”, “samovar burdan qaynasın” – həvəsli zamanımız olub. İndi isə burdan-bura efirə gəlməyə can çəkirik”, – o bildirib.
Baxış sayı:34
Bu xəbər 27 Noyabr 2024 13:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















