Icma.az
close
up
RU
Rayonlarda kommunal xidmətlər uzuclaşa bilər? VACİB AÇIQLAMA

Rayonlarda kommunal xidmətlər uzuclaşa bilər? VACİB AÇIQLAMA

Baku.ws saytına istinadən Icma.az xəbər verir.

"Rayonlardan Bakıya axının qarşısını almaq və məşğulluğu artırmaq üçün ilk növbədə iş yerlərinin yaradılması vacibdir. İnsanlar yalnız işlədikləri təqdirdə vergi ödəmə imkanına malik olurlar. Eyni zamanda kommunal xidmətlərin ucuzlaşması da buna öz töhfəsini verə bilər".

Bu sözləri BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc taksi bazarı üzrə apardığı müqayisəli təhlil zamanı bildirib.

AQC sədri əlavə edib ki, hazırda regionlarda yeni iş yerlərinin açılması daha çox zərurət kimi hiss olunur:

"Bu baxımdan, işğaldan azad olunmuş ərazilərdə və Azərbaycanın ucqar rayonlarında xüsusi təşviq proqramlarının həyata keçirilməsi məqsədəuyğundur.

Məsələn, rayonlarda əmək haqlarına əlavələrin tətbiqi və işləyən vətəndaşlar üçün vergilərin azaldılması həm sahibkarlığı stimullaşdıra, həm də işə cəlb etmə prosesini asanlaşdıra bilər. Hazırda bölgələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər üçün təşkilatlar Bakı və Abşeron yarımadasına nisbətən daha aşağı vergi faizləri ilə işləyirlər və bu, regionların inkişafına verilmiş dəstəkdir.

Eyni zamanda, rayonlarda Əmək birjalarının və iş yarmarkalarının təşkili də vacibdir. Bilirsiniz ki, məşğulluq idarəsi Bakıdakı müxtəlif rayonlarda bu tip yarmarkalar keçirir. Analoji tədbirlərin Azərbaycanın kənd rayonlarında keçirilməsi məqsədəuyğun olardı. Belə yarmarkalar vasitəsilə yerli iş yerləri müəyyən edilə və vətəndaşların məşğulluğu təmin oluna bilər".

Vüqar Oruc vurğulayıb ki, hazırda urbanizasiya yüksək səviyyədədir, buna görə də iş axtaranların Bakıya üz tutması, kirayə mənzil əldə etməsi və şəhərin yüklənməsi ciddi problemdir:

"Dünyada da bu proses müşahidə olunur – əhali şəhərlərə üz tutur, kəndlər boşalır. Lakin Azərbaycan həm də kənd təsərrüfatı ölkəsi olduğundan burada böyük potensial mövcuddur. Rayonlarda turizmin inkişafı üçün də yerli əhalinin işlərə cəlb olunması vacibdir.

Hökumətin bu istiqamətdə xüsusi proqramlar işləməsi zəruridir. Əgər rayonlar və kəndlər boşalarsa, həmin bölgələrdə turizm inkişaf edə bilməz və mərkəzdən asılı olmayan bölgələr formalaşa bilməz. Bu səbəbdən yeni iş yerlərinin yaradılması, kommunal xidmətlərin ucuzlaşması, əmək haqlarına əlavələrin olunması və vergilərin azaldılması regionlarda yaşayan vətəndaşları təşviq edə bilər ki, onlar öz yaşayış yerlərini tərk etməsinlər və Bakıya üz tutmasınlar".

Orxan Hüseyn

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://baku.ws
archiveBu xəbər 02 Fevral 2026 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see387

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see381

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see256

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see236

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see224

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see211

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see208

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see207

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see184

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see184

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see181

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see177

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see176

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see172

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see171

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see170

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see164

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see163

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri