Icma.az
close
up
RU
Bütün rayonlarda ehsan verilməsi DAYANDIRILACAQ

Bütün rayonlarda ehsan verilməsi DAYANDIRILACAQ

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Azərbaycanda bəzi rayon və kəndlərdə yas mərasimlərində ehsan verilməsi dayandırılıb. Sabirabad, Saatlı, Samux, Biləsuvar, Quba, Kürdəmir, Şamaxı, Balakən rayonları və Naxçıvanın Mahmudkənd kəndində yas mərasimlərində ehsan verilməsi dayandırıldığı deyilir.

Artıq çay süfrəsindən başqa ehsan verilməməsi tövsiyə olunur. Qeyd edək ki, ehsan verilməməsi barədə məsələ tövsiyə xarakterlidir və bəzi insanlar bu tövsiyələrə əməl etmir. Məsələ cəmiyyətin müxtəlif təbəqələri tərəfindən birmənalı qarşılanmasa da, əsas məqsəd israfçılığın qarşısını almaq və yas mərasimlərini daha sadə formada keçirməkdir.

Modern.az-ın məlumatına görə, tezliklə bütün rayonlarda ehsan süfrələrinin verilməsinin dayandırılması gözlənilir.

Artıq bu barədə müvafiq qurumlara tapşırıqlar verilib.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Ceyhun Məmmədov saytımıza açıqlamasında deyib ki, əslində burada söhbət yasla bağlı qadağalardan getmir:

“Məsələ ondadır ki, artıq bir çox rayonlarımızda insanlar özləri şüurlu şəkildə bu prosesə başlayıblar və yas mərasimlərindəki israfçılığa tədricən son qoyulur. Bu hansısa bir qadağa nəticəsində baş vermir. Sözügedən məsələ uzun müddətdir ki, cəmiyyətdə geniş şəkildə müzakirə olunur”.

Millət vəkili bildirib ki, dəfələrlə parlamentdə, mətbuatda, televiziyada yas mərasimlərindəki israfçılığa son qoyulması ilə bağlı məsələlərə toxunub:

“Çünki bu gün insanlar bu vəziyyətdən əziyyət çəkirlər. Yas mərasimlərində əbəs yerə böyük məbləğdə vəsait xərclənir və xüsusilə də maddi imkanı zəif olan insanlar bu vəziyyətdən ciddi şəkildə zərər görürlər. Ona görə də bu cür təşəbbüslərin başlanması və belə bir prosesin həyata keçirilməsi olduqca önəmlidir və düşünürəm ki, yalnız alqışlanmalıdır”.

C.Məmmədov qeyd edib ki, bu məsələnin iki həlli yolu var: "Birincisi, insanların özlərinin anlayaraq bu prosesə daxil olması, onu dərk etməsi və bu israfçılıqdan könüllü şəkildə imtina etməsidir. İkinci yol isə inzibati üsullarla aparıla bilər. Düşünürəm ki, ən düzgün, ən sağlam yol insanların bu prosesi şüurlu şəkildə başlatması və bu addımları könüllü olaraq həyata keçirməsidir. Sevindirici haldır ki, cəmiyyət artıq bu prosesə özü başlayıb və bu gün insanlar könüllü şəkildə bu yola gedirlər”.

Deputat əlavə olaraq bildirib ki, bu ənənə ölkənin bütün bölgələrində tətbiq edilməlidir:

“Digər bölgələr də mərhələli şəkildə bu qaydalara əməl etməlidir. Biz bu məsələni birdəfəlik həll etməliyik. Çünki bu problem insanlara ciddi şəkildə ziyan vurur”.

O, eyni zamanda ehsan mərasimlərinin qadağan olunması ilə bağlı həm müsbət, həm də mənfi məqamlara toxunub:

“Müsbət tərəf ondan ibarətdir ki, israfçılığa son qoyulur və bu, həmçinin qida məhsullarına da ciddi təsir göstərəcək. Çünki hazırkı vəziyyətdə bu, ciddi bir problemə çevrilib. İnsanlar bu israfçılıqla həm maddi cəhətdən əziyyət çəkirlər, həm də bu, bazarda qiymətlərin artmasına da təsir göstərir. Mən düşünürəm ki, burada heç bir mənfi tərəf yoxdur. Əksinə, bunun müsbət cəhətləri daha çoxdur”.

Deputat, həmçinin vurğulayıb ki, əgər insanlar bir araya gəlmək istəyirsə, bunu müxtəlif formalarda, daha sadə və mənalı şəkildə edə bilərlər.

“Əksər hallarda bu mərasimlərdə təqdim edilən yeməklərdən ehtiyacı olmayan insanlar istifadə edir və bu, sadəcə olaraq adətə çevrilmiş bir vərdiş halını alır. Buna "ehsan" demək də, məncə, tam doğru deyil. Kimsə doğrudan da ehsan vermək istəyirsə, həmin yeməkləri uşaq evlərinə, qocalar evlərinə, ehtiyacı olan ailələrə göndərə bilər. Bu cür yardım daha mənalı və savab olar. Amma mövcud formada keçirilən yas mərasimləri, əslində, böyük bir israfçılıq, həm də dini baxımdan da böyük bir günahdır”.

Həmsöhbətimiz yaxın zamanlarda respublikanın hər yerində bu qaydaların tətbiq olunacağını və cəmiyyətimizdə istər yas, istərsə də toy mərasimlərində israfdan uzaq bir yanaşmanı görəcəyimizdən ümidləndiyini bildirib:

“İnsanın yaxın qohumu və ya doğması dünyasını dəyişəndə, o adam bu ağır günü və dərdini yaşamaq istəyir. Amma elə bil yemək hazırlamaq, yer axtarışı və digər təşkilati məsələlərlə məşğul olmaq zərurəti yaranır. Bu isə nə doğru, nə də  dünyasını dəyişən insana xeyir verən bir addımdır. Cəmiyyətimiz anlamalıdır ki, bu israfçılığın dünyasını dəyişmiş insan üçün heç bir faydası yoxdur. Biz bu cür israfçılıqdan, mənasız və yersiz xərclərdən qurtulmalıyıq”.

C.Məmmədov onu da diqqətə çatdırıb ki, cəmiyyət bu məsələdə daha həssas və məsuliyyətli mövqe nümayiş etdirməlidir.

“Belə proseslər nə ənənəyə, nə də mənəviyyatımıza yaraşır. Bu, cəmiyyət üçün narahatedici bir məsələdir. Qeyd etdiyimiz adətlərin heç bir dini əsası yoxdur. Ona görə də biz qəti şəkildə bu adətlərdən imtina etməli, cəmiyyətimizi bu cür israfçı və yanlış əməllərdən xilas etməliyik. Əks halda, insanlarımız uzun illər bu problem altında əziyyət çəkməyə davam edəcək”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 İyul 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see312

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see296

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see281

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see280

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see253

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see236

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see232

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see225

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see218

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see217

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see212

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see212

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see210

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see200

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see197

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see189

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see189

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see186

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri