Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Razi Nurullayev: AXCP Mehdiyev üçün hakimiyyətə təzyiq aləti idi

Razi Nurullayev: AXCP Mehdiyev üçün hakimiyyətə təzyiq aləti idi

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin evində axtarış aparılıb.

Bu, DTX-da aparılan araşdırma çərçivəsində həyata keçirilib.Qeyd edək ki, Əli Kərimlinin evində axtarış aparılması Ramiz Mehdiyevin DTX-də istintaq olunan cinayət işi ilə əlaqədardır.

Məsələ ilə bağlı Milli Cəbhə Partiyasının (MCP) sədri, Milli Məclisin deputatı Razi Nurullayev “Cebheinfo.az”-ın suallarını cavablayıb.

- Ramiz Mehdiyev getdi, AXCP sakitləşdi. Bu təsadüfdürmü?

Xeyr, təsadüf deyil. Mən bunu bir cümlə ilə deyim: AXCP-nin meydandakı tonunu uzun illər təkcə partiya rəhbərliyi müəyyən etmirdi. Mehdiyevin siyasi orbitdən çıxması ilə həmin “gizli generator” da sönmüş oldu və bu, çox dəqiq şəkildə mitinqlərə də ciddi təsir etmiş oldu.

- Milli Şura Rusiyanın layihəsi idi və Mehdiyev də içində ola bilərdi. Siz necə düşünürsüz?

Bunu aydınlaşdırmaq üçün həmin dövr gördüklərimiz və bildiklərimiz kifayət edir. 

Bu mövzu haqqında danışanda çox adam ehtiyat edir, amma mən ehtiyat etmirəm. Milli Şura yarananda mən orda baş verənləri yaxından görürdüm. Açıq deyim: atmosfer nə Bakıdan gəlirdi, nə də Qərb institutlarından. Orada Moskvaya yaxın fiqurların tonunu hiss etmək olurdu.

Ramiz Mehdiyev isə sovet siyasi məktəbinin ən köhnə simalarından biridir. Onun bu proseslərdən tam kənarda qalması məntiqə uyğun gəlmir. O, Azərbaycan siyasətində görünən fiqur deyildi, amma təsir imkanları həmişə geniş olub.

Milli Şuranın sərt ant-ihakimiyyət ritorikasının Rusiyanın maraqları ilə üst-üstə düşməsi də təsadüfi deyildi. Mən bunu açıq demişəm: həmin konstruktorun içində Mehdiyevin dolayı rolu çox real görünürdü. O, bunu gizlətməyi yaxşı bacaran adamlardandır.

- AXCP Mehdiyev üçün hakimiyyətə təzyiq aləti olubmu?

Çox güman ki, olub. Mən bunu artıq mübahisə mövzusu hesab etmirəm. AXCP-nin bəzi dövrlərdə göstərdiyi əsəbilik, həddindən artıq sərtlik, siyasi emosiyanın qəfil yüksəlişi - bunların heç biri partiyanın real gücü ilə uyğun gəlmirdi. Bu davranış daha çox daxili hakimiyyət savaşlarının təsirini xatırladırdı.

Bəlkə AXCP-nin sıravi adamları bunu tam anlamırdı, amma bəzi qrupların bu partiyanı öz daxili rəqabətlərində “səs gücləndirici” kimi istifadə etməsi real idi.

- Mehdiyev Əli Kərimliyə pul veribmi?

Bu iddia ilə bağlı konkret fakt görməmişəm, iştirakçı olmamışam, amma bu ehtimalı bir hərf belə azaltmadan deyim: mümkündür. Çünki siyasətdə “pul vermək” fiziki pul demək deyil. 

Amma, fiziki olaraq da pul verilib. Əks halda, nə siyasətçi özü fəaliyyət göstərə, nə də partiyanı saxlaya bilər. Bununla bərabər, siyasi dəstək, əlaqə kanalı, toxunulmazlıq — bunların hər biri puldan daha dəyərli dəstəkdir.

Əgər kimsə kimisə təzyiq və balans aləti kimi istifadə edirsə, ona hansısa formada enerji ötürməlidir. Bu enerjinin də formaları çoxdur. Mən partiyada olduğum dövrdə çox qəribə proseslər görmüşəm. Bəzi addımlar nə siyasi məntiqlə, nə partiya strategiyası ilə üst-üstə düşürdü. Ona görə də bu iddianı qəti inkar edənlərin mövqeyi mənə real görünmür.

- Bu münasibətlərdən hansı dərs çıxarılmalıdır?

Dərs çox sadədir, amma ağırdır: müxalifət kimin üçün savaşırsa, ona xidmət edir. Əgər bir gün müxalifət özünü xalq üçün savaşan qüvvə kimi göstərib, ertəsi gün hansısa köhnə qvardiya fiqurunun siyasi planlarına enerji verirsə, bu artıq mübarizə deyil, rol bölgüsüdür.

Mən AXCP-dən ayrılmağımın səbəblərindən birini də burada görürdüm: qərarların bir qismi partiyada verilmirdi. Kənar siyasi atmosfer partiyanın iç qüvvəsindən daha güclü idi. Bu isə müxalifəti müstəqil qüvvə olmaqdan məhrum edirdi.

Bugünkü siyasət üçün dərs budur: kiminlə olursansa, onun oyununa düşəcəksən. Ona görə də müxalifət öz iradəsini tam bərpa etməlidir, yoxsa yenə başqalarının planının bir hissəsinə çevriləcək.

- Siz AXCP-dən ayrılıb Milli Cəbhə Partiyasını qurdunuz. Bu mövzuda şəxsi nəticəniz nə oldu?

- AXCP-də qalmaq mənim üçün artıq mənalı deyildi, çünki proses partiyanın içindən idarə olunmurdu. Şəffaf qərar mexanizmi yox idi. Mən siyasətdə kimin kimə hansı mesajı daşıdığını hiss edirdim. Ona görə çıxıb öz yolumu qurmaq daha düzgün idi. Politikada ən ağır xəstəlik — öz iradəsini itirməkdir. Mən o xəstəliyə yoluxmaq istəmirdim.

Söhbətləşdi: Gülər
“Cebheinfo.az”

Açar sözlər: Əli Kərimli Ramiz Mehdiyev Razi Nurullayev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 29 Noyabr 2025 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see722

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see412

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see280

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see279

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see263

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see261

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see258

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see246

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see240

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see227

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see222

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see221

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see219

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see219

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see218

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see214

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see205

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see199

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see197

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri