Icma.az
close
up
RU
Razi Nurullayev ermənilərlə görüşdən danışdı: “Dedi ki, heç bir sülh sazişi imzalamayacaq”

Razi Nurullayev ermənilərlə görüşdən danışdı: “Dedi ki, heç bir sülh sazişi imzalamayacaq”

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Avstriya Milli Müdafiə Akademiyasında Azərbaycan və Ermənistandan olan siyasətçilərin görüşü keçirilib. 

Vyana şəhərində Şərqi Avropa Beynəlxalq Araşldırmalar Mərkəzinin təşkilatçılığı ilə baş tutan müzakirələrdə Azərbaycandan və Ermənistandan olan müxalifət liderləri iştirak edib. 

“Cebheinfo.az”-a açıqlamasında Azərbaycan Milli Məclisinin üzvü, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev görüşə Şərqi Avropa Beynəlxalq Araşdırmalar Mərkəzinin, həmçinin Avstriyanın hökumət nümayəndələrinin qatıldığını bildirib. 

Razi Nurullayevin sözlərinə görə, tərəflər Azərbaycanla Ermənistan arasında sülh məsələlərini müzakirə ediblər. Hər iki ölkədə sülhlə bağlı ictimai rəyin necə olması, hökumətin siyasəti, müxalifətin bununla bağlı baxışı, sülh müqaviləsinin imzalanmasında mövcud çətinliklər və perspektivlər barədə fikir mübadiləsi aparılıb: 

“Biz bildirdik ki, Ermənistan özünü zəfər qazanmış Azərbaycanla bərabər tutur və az qala qalib ölkə kimi hələ şərtlər də irəli sürür. Azərbaycanın mövqeyi budur ki, bütün yazılı və şifahi mübahisələr həll edilmədən tez-tələsik sülh müqaviləsi imzalayıb gələcək nəsillərə problem saxlamaq olmaz.

Sülh müqaviləsinin bağlanması üçün Ermənistan öz konstitusiyasına dəyişiklik etməlidir. Mən də görüşdə təklif etdim ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı olan iddialar götürülməlidir. Bəyan etdik ki, referendum həm də Ermənistan cəmiyyətinin sülhə olan münasibətini də ifadə etmiş olacaq. 

Beləliklə, referendumdan çıxan nəticə Azərbaycan üçün də əsas yaradacaq ki, bundan sonra hansı motivlər üzərində siyasət aparsın. Ona görə də Azərbaycanın bu mövqeyinin dəyişməz olaraq qalacağı vurğulandı. Eyni zamanda, ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı Azərbaycanla bərabər müraciət olunmalı və sərhədyanı ərazilərdə “Yerkrapah” hərbi təşkilatı Azərbaycana qarşı təxribatlardan çəkinməlidir. Həmçinin, Qərbi Azərbaycan İcmasının öz dədə-baba torpaqlarına qayıtmaq hüququ təsbit edilməli, qondarma rejimin tör-töküntülərinin Ermənistan ərazisində fəaliyyətinə son qoyulmalıdır”. 

Deputat bildirib ki, Ermənistan müxalifəti isə danışıqları Rusiya masasına yatırmaq və prosesi təzələmək fikrindədir: 

“Açıqca deyirlər ki, biz hakimiyyətə gələn kimi Paşinyanın atdığı bütün addımları sıfırlayacağıq. Amma biz bir daha Azərbaycanın dəyişməz mövqeyini vurğuladıq və onları regionda sülhün bərqərar olması üçün obyektiv mövqe nümayiş etdirməyə çağırdıq. Gəldiyim qənaət bundan ibarətdir ki, Ermənistanın siyasi elitası sülhə hazır deyil. 

Onlar Rusiyanın prosesə qoşulması ilə yanaşı, məsələlələrin yenidən Minsk qrupu çərçivəsinə qayıtmasını, müzakirələr aparılmasını, Qarabağdan könüllü getmiş insanların geri dönüşünün təmin edilməsini istəyirlər. Biz də bir daha qeyd etdik ki, onlar Qarabağdan öz istəkləri ilə gediblər. Getməklərinin səbəbi Azərbaycan vətəndaşlığını qəbul etməmələri ilə bağlı olub”. 

Razi Nurullayev qeyd edib ki, Ermənistan nümayəndələri Azərbaycanla sülh müqaviləsinin ölkələri üçün ifşaedici və alçaldıcı hesab etdiklərini deyiblər. “Bizimlə görüşdə müxalifətin təmsilçisi olan Marukyan dedi ki, baş nazir olacaqsa, Azərbaycanla bu şərtlər altında heç bir sülh sazişi imzalamayacaq. Bizim də ona sualımız oldu ki, siz Azərbaycana qarşı Paşinyandan fərqli necə siyasət apara biləcəksiniz? Dedik ki, siz bunu etdiyiniz andan Azərbaycan siyasətini və ritorikasını elə dəyişər, mat vəziyyətinə düşə bilərsiniz”. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 İyun 2025 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see272

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see260

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see255

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see241

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see232

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see220

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see216

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see192

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see188

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see181

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see181

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see180

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see166

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see161

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see156

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see146

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see144

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see138

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see136

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri