Razi Nurullayev Hellouin bayramından danışdı
Icma.az bildirir, Bizim media portalına istinadən.
"Məncə, bu, ilk növbədə, dünyada baş verən mədəni dəyişikliklərin və qloballaşmanın təbii nəticəsidir".
Bizim.Media xəbər verir ki, bu sözləri Demokrat.az-a açıqlamasında deputat Razi Nurullayev Bakıda Hellouin bayramının bu il daha fərqli şəkildə keçirilməsi barədə danışarkən deyib.
O bildirib ki, bunu böyük problemə çevirməyə də ehtiyac yoxdur.
"Bakıda, xüsusilə də Nizami küçəsində Hellouinlə bağlı görüntülərin yayılması ətrafında "lehinə və əleyhinə" müzakirələrin aparılmasını mən də görürəm. Məncə, bu, ilk növbədə, dünyada baş verən mədəni dəyişikliklərin və qloballaşmanın təbii nəticəsidir. Sosial şəbəkələr, internet və insanların daha çox səyahət etməsi mədəni sərhədləri xeyli aradan qaldırıb. Bu gün gənclər dünyanın müxtəlif yerlərində baş verənləri izləyir, yeni əyləncə formalarına maraq göstərir və onları öz həyatlarına gətirirlər.
Hellouin də artıq bir çox ölkələrdə daha çox əyləncə xarakteri daşıyır. İnsanlar fərqli geyimlər seçir, obrazlara girir, dostları ilə vaxt keçirir, əylənirlər. Gənclərin əyləncə axtarmasında, fərqli təcrübələr yaşamaq istəyində mənfi heç nə görmürəm. Bunu böyük bir problemə çevirməyə də ehtiyac yoxdur.
Dünya dəyişir, cəmiyyətlər bir-birinə daha çox yaxınlaşır. Mədəniyyətlər arasında qarşılıqlı təsir də qaçılmazdır. Əsas məsələ bu prosesə normal yanaşmaq, insanların seçimlərinə hörmət etmək və hər şeyi süni şəkildə mübahisə predmetinə çevirməməkdir.
Məncə, Hellouinin Bakıda qeyd olunmasını nə faciə kimi təqdim etməyə, nə də xüsusi bir hadisəyə çevirməyə ehtiyac var. Bu, sadəcə, gənclərin seçdiyi əyləncə formalarından biridir. Cəmiyyət olaraq da belə məsələlərə daha rahat və anlayışlı yanaşmağı öyrənməliyik".
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 02 Noyabr 2026 12:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















