Icma.az
close
up
RU
Razi Nurullayev: “Ölkədə real müxalifət var və parlamentdə təmsil olunur”

Razi Nurullayev: “Ölkədə real müxalifət var və parlamentdə təmsil olunur”

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

“Son zamanlar sosial şəbəkələrdə və bəzi ictimai dairələrdə Azərbaycanda guya “real müxalifətin mövcud olmadığı” barədə tez-tez səslənən fikirlər, əslində reallıqdan daha çox, siyasi fəaliyyəti ya görmək istəməyənlərin, ya da müxalifəti yalnız səhnəlik şoularla qiymətləndirənlərin fikirləridir”.

“Cebheinfo.az” xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib.

Deputat qeyd edib ki, bəli, bu gün Azərbaycanda real müxalifət var, o, parlamentdə də təmsil olunur, cəmiyyət içində də fəaliyyət göstərir:

“Amma bəzi çevrələr müxalifəti yalnız qışqırmaq, dağıtmaq və ya küçədə şüarlar səsləndirməklə ölçürsə, bu artıq siyasi yetkinlik deyil, populizmdir.

Biz müxalifətik, təkcə ritorikada deyil, əməl və məsuliyyətdə də. Biz qanunvericilik təşəbbüsləri ilə çıxış edirik, hökumətin xalqın mənafeyinə zidd hesab etdiyimiz qərarlarına qarşı səsimizi ucaldırıq, tribundan haqsızlıq hesab etdiyimiz məsələlərə qarşı açıq şəkildə danışırıq və regionlarda insanların problemlərini birbaşa dinləyirik.

Bunu görmək istəməyənlər ya məqsədli şəkildə gözlərini yumur, ya da siyasi düşərgələrin içərisində çaşqınlıq yaratmaq istəyirlər”.R.Nurullayev əlavə edib ki, onlar səs-küy salmaq yox, nəticə əldə etmək yolunu seçiblər:

“Əgər kimlərsə müxalifəti yalnız qıcıq doğuracaq radikal çağırışlarla ölçürsə, bu yanaşma Azərbaycanın siyasi sistemini inkişaf etdirmir, əksinə, gözdən salır.

Müxalifətin işi xalqa xidmət etmək, real problemləri qaldırmaq və ictimai nəzarəti təmin etməkdir, biz bunu edirik və edəcəyik.Sonda bir sual vermək istərdim: real müxalifət yoxdur deyənlər, özləri hansı real nəticələr əldə etdiklərini sadalaya bilirlərmi?”

Vilayət Muxtar
“Cebheinfo.az”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 May 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see346

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see290

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see282

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see279

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see265

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see262

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see256

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see255

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see235

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see227

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see218

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see210

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see206

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see206

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see205

Kayli Cennerin keçmiş işçisi məhkəməyə müraciət etdi Ağır ittihamlar

14 Noyabr 2026 23:23see202

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see202

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see194

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see189

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri