Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Razi Nurullayev parlamentdə təkliflərlə çıxış etdi

Razi Nurullayev parlamentdə təkliflərlə çıxış etdi

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

“Bu gün Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında geniş hesabatla Milli Məclis qarşısında çıxış etdi. İlk olaraq, hesabatda səsləndirilən fikirlərin bir çox hissəsi ilə razılaşıram. Eləcə də, İmişli şəhərində iki qəzalı binanın təmiri ilə bağlı məktubuma müsbət cavab verdiyiniz üçün Sizə təşəkkürümü bilidirirəm. Bu məsələyə operativ yanaşdınız və sakinlər də sevinir”.

“Cebheinfo.az” xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib.

O bildirib ki, hazırda İmişli şəhərinin 24 küçəsində işıqlandrma layihəsi həyata keçirilir və bu da çox əhəmiyyətlidir.

Deputat təklif edib ki, ölkənin əsas iqtisadiyyatı neft-qaz, bir sözlə, enerji ehtiyatları üzərində qurulub və ölkəmizin bu sahədə apardığı siyasət uğurludur:

“İqtisadiyyatın digər sahələrində də daha böyük uğurlara nail olmaq və kütləvi iş yerləri yaratmaq mümkündür. Bir çox sahələrdə müsbət irəliləyişlər olsa da, iqtisadiyyatın bəzi sahələrinə daha ciddi diqqətə ehtiyac yaranıb. Ölkəmizdə ənənəvi olaraq toy, yas, tikinti və kənd təsərrüfatı kütləvi iş yerləri yaradıb”.

R.Nurullayev Baş nazirə müraciətlə deyib ki, bütövlükdə azad olunmuş əraziləri çıxmaq şərtilə Azərbaycanın bütün ərazisi üzrə tikinti sahəsində ciddi çətinliklər var:

“Qanunlar və qaydaların daha da sadələşdirilməsinə, tələb olunan prosedurların yüngülləşdirilməsinə və bu sahədə baş verən gecikdirmələrin qarşısının alınmasına, tikinti icazələrinin verilməsinə tələb olunan zamanın bir neçə dəfə azaldılmasına ehtiyac var.

Bu sahədə aparılacaq islahatlar 10 minlərlə yeni iş yerlərinin yaradılmasına imkan verər və əmlak bazarında qiymətlərin artmasının qarşısını alardı. Bu gün əmlak bazarında olan qiymətlər xalqımızın qazancı ilə təmamilə tərs mütənasibdir.

Digər bir vacib məsələ yerlərdə tikintilərlə bağlıdır və keçən sessiyada ətraflı olaraq çıxış etmişəm. İcra hakimiyyətləri bu sahədə səlahiyyətsiz bir quruma çevrilib. Demək olar ki, bu sahədə icra hakimiyyətləri ilə heç bir problemi həll edə bilmirik. Çünki onların xeyli səlahiyyətləri əllərindən alınıb və hər kiçik məsələ üçün mərkəzi icra orqanlarına müraciət etmək lazım gəlir.

İcra hakimiyyətləri rayonlara cavabdehdir və zənnimcə bütün səlahiyytlər də onlarda olmalıdır ki, operativ şəkildə işləyə və rayonları inkişaf etdirə bilsinlər. Bu qədər mərkəzləşmə yerlərdə inkişafa ciddi əngəl yaradır. Kimsə kənddə malına tövlə tikirsə, çöl sahəsində müvəqqəti sığınacaq tikirsə, niyə icazəni Bakıdan almalı və aylarla cavab gözləməlidir? 

Məgər həyətinə hasar çəkənin, evinə artırma edənin, balaca bir köşk tikənin, həyətində sanitar qovşaq tikənin belə icazəni Şəhərsalma və Arxitektura Komitəsindən alması absurd görünmürmü? Bu qaydalar vətəndaşlar arasında ciddi narazılıq yaratmala bərabər, bizim yerlərdə icra hakimiyyətləri və vətəndaşlarla səmərəli işləməyimizə də ciddi əngəl yaradır.  

Bu məsələdə mütləq şəkildə asanlaşdırmaya, yüngülləşdirməyə ehtiyac var. 

Rayonların inkişafını istəyiriksə, onların mərkəzdən asılılığı ciddi şəkildə azalmalıdır. Bu sahədə Sizdən kömək istəyirik cənab Baş nazir”.

Millət vəkili təklif edib ki, siz ölkənin iqtisadi inkişafına nail olmaq üçün hökumət üzvləri ilə billikdə çalışır və məqbul bildiyiniz addımları atırsınız:

“Cənab Baş nazir, yeni fikirlərə, ideyalara, fərqli təkliflərə daima ehtiyac var. Bunun üçün də sizdən ölkəmizdə fəaliyyət göstərən iqtisadçı alimləri, mütəxəssisləri, maliyyəçiləri, sabiq hökumət üzvlərini, sabiq nazirləri, bu sahədə fəaliyyət göstərən digər əlaqədar insanları “dəyirmi masa” formatında qəbul edib dinləmənizi xahiş edirəm. Özümü də o tərkibdə görmək istəyirəm. 

Onların bir çoxu ilə görüşlərdə normal və xeyli mütərəqqi təkliflərinin olduğunu görür və inanıram ki, onların təklif və tövsiyyələri də hökumətin həyata keçirdiyi sosial-iqtisadi siyasətə əhəmiyyətli dərəcədə töhfə vermiş olardı. Ümid edirəm ki, bu təklifi dəyərləndirəcəksiniz”.

Vilayət Muxtar
“Cebheinfo.az”

Açar sözlər: Parlament çıxış deputattəklif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 Mart 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see456

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see425

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see302

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see299

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see293

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see250

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see235

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see233

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see226

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see226

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see213

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see212

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see210

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see208

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see207

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see206

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see192

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see184

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see179

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri