Icma.az
close
up
RU
Razi Nurullayev Prezident Administrasiyasında qəbul edilib

Razi Nurullayev Prezident Administrasiyasında qəbul edilib

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayevlə Prezident Administrasiyasında görüş keçirilib.

"Cebheinfo.az"a partiyanın Mətbuat xidmətindən verilən məlumata görə, cari ilin 2 iyun tarixində Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə keçirilmiş görüş zamanı ölkənin daxili siyasi həyatı və partiyaların fəaliyyəti ilə əlaqədar geniş fikir mübadiləsi aparılıb.

Ölkədə nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsinin əhəmiyyəti, keçmiş qaçqın və məcburi köçkünlərin doğma torpaqlarına qayıtması, “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində görülən misilsiz işlər, infrastruktur layihələri, habelə müxtəlif sahələrin inkişafı ilə bağlı dövlətin konkret təşəbbüsləri ətrafında müzakirələr aparılıb. Görüş çərçivəsində həmçinin informasiya məkanında vaxtaşırı şəkildə təkrarlanan qərəzli təxribatlar ilə mübarizədə fəal mövqeyin nümayişinin zəruriliyi də xüsusi olaraq vurğulanıb.

Eyni zamanda bildirilib ki, Milli Məclisdə təmsil olunan müxalif siyasi partiyalarının qanunvericilik prosesində işində nümayiş etdirdiyi fəallıq təqdirəlayiqdiır. Qeyd olunub ki, bilavasitə Prezident İlham Əliyevin təşəbbüsü ilə aparılan iqtidar-müxalifət siyasi dialoq ölkədə milli həmrəyliyin qorunması prosesində müstəsna əhəmiyyətə malikdir.

Partiya sədri müzakirələr zamanı vurğulayıb ki, sağlam əməkdaşlığın nəticəsində fəal siyasi instituta çevrilən siyasi partiyaların ictimai diskussiyalarda müzakirələrdə iştirakı ölkənin dayanıqlı demokratik ənənələrinin formalaşması prosesinə də müsbət təsir edir.

Razi Nurullayev rəhbərlik etdiyi Milli Cəbhə Partiyası tərəfindən həyata keçirilən layihələr haqqında geniş məlumat verərək qeyd etmişdir ki, indidən bundan sonra da dialoq ənənələrə sadiq qalacaq və milli maraqlara xidmət edən bütün təşəbbüslərə dəstək göstərəcəkdir.

Prezident Administrasiyasının rəsmisi Milli Cəbhə Partiyasının tərəfindən həyata keçirilən layihələrin, partiyanın dövlətçilik mövqeyinin siyasi dialoq prosesində müsbət qarşılandığını bildirmiş və milli maraqların və dövlətçilik mövqeyinin qorunmasında fəal iştirakını yüksək qiymətləndirərək partiyanın işinə uğurlar arzulayıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:147
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 İyun 2026 20:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see891

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see342

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see314

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see301

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see278

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see265

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see232

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see230

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see212

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see205

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see203

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see202

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see201

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see201

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see195

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see188

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see188

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see187

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see175

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri