Icma.az
close
up
RU
Razi Nurullayevdən tənqidlərə CAVAB: “Ağızlarına gələni yazırlar”

Razi Nurullayevdən tənqidlərə CAVAB: “Ağızlarına gələni yazırlar”

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

Sosial şəbəkələrdə fərqli paylaşım, müzakirələrə səbəb olan videoları ilə gündəmə gələn Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev yeni təkliflə çıxış edib. O, regionlar üzrə səhiyyə xəritəsinin hazırlanmasının vacib olduğunu bildirib.
Təkliflə bağlı Bizim.Media-ya ətraflı danışan deputat deyib ki, bu xəritə hazırlansa, hansı bölgədə hansı xəstəliyin daha çox yayıldığını müəyyən etmək mümkün olacaq:
 

MÖVZU İLƏ BAĞLI:
Nazir Razi Nurullayevə CAVAB VERDİ: "Əsassız fikirlər səsləndirməyin" 


“Parlamentdə hörmətli akademik, Səhiyyə Komitəsinin sədri  Əhliman Əmiraslanov dedi ki, “səhiyyə xəritəsi”adlı termin yoxdur. Mən tibb işçisi deyiləm, tibbi savadım o dərəcədə deyil.
“Səhiyyə xəritəsi” deyəndə müəyyən ərazidə çox sayda insanın eyni xəstəlikdən əziyyət çəkməsinin səbəbinin araşdırılmasını nəzərədə tutmuşam. Bunu yaradan səbəbləri, xəstəliyin yayılma arealını bilmək gərəkdir. Bunun üçün də bilməliyik ki, hansı rayonda daha çox hansı xəstəliklər yayılıb. Belə olduqda xəstəliklərin səbəbi müəyyən edilə, müalicə ilə bağlı doğru-düzgün addımlar atıla bilər.
Məsələn, bir ərazidə uzun illər hansısa zavod işləyib. Onun havaya buraxdığı tüstüdən müəyyən xəstəlik yaranıb. Yaxud bir rayonda onkoloji xəstə sayı çoxdur. Bunun səbəbi nədir? Yaxud başqa bir yerdə şəkər xəstələri çoxdur. Bu, bəlkə orada olan hansısa təbiət hadisəsi, insan fəaliyyəti ilə bağlıdır? Bütün bunları müəyyən etmək üçün “səhiyyə xəritəsinin” hazırlanmasını təkif etdim”.
Təklifiniz necə qarşılandı, həyata keçiriləcəkmi?
“Buna müvafiq qurumlar tərəfindən qərar veriləcək. Azərbaycanda tibb məntəqələri yoxa çıxıb, ya da yararsız vəziyyətdədir. İlkin səhiyyə demək olar ki, məhv olub. Bax, bunun dirçəldilməsi ilə bağlı danışılanda parlamentin sədri də bu məsələni Səhiyyə Komissiyası ilə müzakirə etdiyini söylədi.  İlkin səhiyyə məsələsi də gündəmdədir. Yəqin ki, bununla bağlı addımlar atılacaq.
“Səhiyyə xəritəsi” ilə də bağlı yəqin ki, müzakirə olacaq. Bununla bağlı hər hansı qərar verilə bilər. Mən indi bunu deyə bimirəm. Amma onu bilirəm ki, bu məsələ diqqət çəkib. Yəqin Səhiyyə Komitəsində və Səhiyyə Nazirliyində müzakirə olunacaq. Lazım olub-olmaması ilə bağlı qərarı onlar verəcək”, - deyə deputat əlavə edib.
“Cəmiyyətimiz sadəliyi qəbul etmir”
Millət vəkili sosial şəbəkələrdəki bəzi paylaşımlarına görə edilən tənqidlərə də münasibət bildirib:
“Onlar hamısı keçmişdə qalıb. Siz niyə 4-5 ay qabaqkı məsələləri gündəmə gətirirsiz ki? O hər bir kəsdə belə olur. Cəmiyyətimizdə sadəliyi də qəbul etmirlər, zəhmi də. Açıq olmağı da qəbul etmirlər, bağlı olmağı da. Bu, cəmiyyətlərin problemidir. Amma onlar keçmişdə qalıb. Bir dənə paylaşıma görə niyə düşünürsüz ki, cəmiyyət qəbul etmir?! Sadəcə, onu qəbul etməyəndə fikri yönəldib mənfi rəy yazırlar, amma qəbul edəndə, müsbət rəy yazmırlar.
Bu, o demək deyil ki, hamı o cür düşünür. Minlərlə insan onu bəyəndiyini demişdi. Belədə mənə deyirlər, amma rəy yazmaq istəmirlər. Mənfi rəy formalaşdırmaq istəyənlər həmişə bir-birinin əlindən tuturlar, dəstək verirlər. Onların da xasiyyəti, içindən gələn budur. Ağızlarına gələni yazırlar. Onların 20-30 faizi cəmiyyət üçün itirilmiş insanlardır. Belələri üçün müqəddəs heç nə olmur. Dediyim kimi, bu, keçmişdə qalıb. İndi bir paylaşıma görə "sərt tənqid olunursuz" ifadəsini qəbul etmirəm”.
Rəna Cumaqızı, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:50
embedMənbə:https://bizim.media
archiveBu xəbər 04 Noyabr 2024 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri