Dubay toyu qalmaqalı: Razi Nurullayevdən Baku TV yə sərt cavab
Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Millət vəkili Razi Nurullayev son günlər qardaşı oğlunun Dubayda keçirildiyi iddia edilən toy mərasimi ilə bağlı səsləndirilən tənqidlərə sosial media hesabında geniş açıqlama ilə cavab verib.
Moderator.az xəbər verir ki, deputat paylaşımında xüsusilə Baku TV-də jurnalist Elçin Əlibəylinin məsələni reytinq xatirinə təhrif etdiyini bildirib. Razi Nurullayev qeyd edib ki, qardaşı oğlu və toyun keçirildiyi ailə başqa ölkənin vətəndaşıdır və onların qərarı ilə cəmi 50 nəfərlik, sadə bir toy təşkil olunub.
Deputat vurğulayıb ki, parlamentdə dəfələrlə toylarda israfçılığa və yüksək səs-küyə qarşı çıxış edib və bu mövqeyini bu gün də qoruyur. Onun sözlərinə görə, qardaşı oğlunun toyunda nə israfçılıq, nə də yüksək səs olub.
"Digər tərəfdən, qardaşım oğluna görə məsuliyyət daşımıram. Görəsən Elçin Əlibəyli öz qardaş-bacılarına görə, əmisioğlu, dayısıoğlu, xalaoğlu, bibioğlu və sairə və sairə üçün məsuliyyət daşıyır? Axı o da efirdən hamıya dərs keçməyə cəhd edir... Bizim qanunlarımızda qohumlara görə ictimai xadimə, vəzifəli şəxsə, ziyalıya məsuliyyət varmı? Başqa sözlə, gənclərin toyu olub, xöşbəxt olmaq istəyirlər. 25-30 il toy arzusu ilə yaşayıblar və.hər kəs kimi həddi-buluğa çatıb evlıniblər".
Deputat həmçinin gənclərin uzun illər toy arzusu ilə yaşadıqlarını, hər kəs kimi xoşbəxt olmaq istədiklərini bildirib və toy edənlərə lənət oxumağın, nifrət püskürməyin vicdansızlıq olduğunu qeyd edib.
“Toy edənlərə "xöşbəxt olun", "Allah mübarək eləsin", "oğullu-qızlı olun" deyərlər. Siz nə deyirsiniz? Biriniz ucuz reytinq xatirinə, biriniz baxış sayına, biriniz paxıllıqdan, biriniz qərəzdən, biriniz özünüzün həyatın bütün mərhələlərində uğursuz olduğunuzdan nifrət və qərəz püskürürsünüz. Onlar xöşbəxt olmaq üçün toy ediblər. Toyu da gözlərindən tökdünüz. Heç vicdan əzabı çəkirsiniz? Heç olmasa Allahdan qorxun ki, o da sizlərə xoş gününüzdə əzab yaşatmasın", – deyə deputat paylaşımında kəskin ifadələrə yer verib.
Qeyd edək ki, Razi Nurullayev son günlər qardaşı oğlunun Dubayda dəbdəbəli toy keçirməsi ilə bağlı yayılan xəbərlər və sosial şəbəkələrdəki müzakirələr səbəbilə tənqid hədəfinə çevrilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 09 Yanvar 2026 15:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















