Icma.az
close
up
RU
Razılaşmalar regionda güclərə mesajdır ŞƏRH EDİLDİ

Razılaşmalar regionda güclərə mesajdır ŞƏRH EDİLDİ

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

"Azərbaycan Prezidentinin Vaşinqtona səfəri və burada əldə olunmuş razılaşmalar tarixi əhəmiyyətə malikdir. İlk növbədə qeyd etmək lazımdır ki, Vaşinqtondakı görüşlərdə Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında strateji əməkdaşlığın gücləndirilməsi ilə bağlı sənədlərin hazırlanması üçün xüsusi işçi qrupu yaradılıb və onlara konkret tapşırıqlar verilib". Bu sözləri SİA-ya açıqlamasında politoloq Oqtay Qasımov deyib.

O bildirib ki, ABŞ Prezidenti 907-ci düzəlişi ləğv edib. Bu, Azərbaycan–ABŞ münasibətlərində yeni bir mərhələnin başlanğıcıdır və bundan sonra tərəflər arasında münasibətlər çoxşaxəli olacaq: "Bu əməkdaşlıq enerji təhlükəsizliyi, müdafiə sənayesi, süni intellekt, ticarət, logistika, nəqliyyat və digər sahələri əhatə edəcək. Bu kifayət qədər ciddi və əlamətdar bir hadisədir.

Həmçinin Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin ratifikasiya prosesi baş tutub və burada Azərbaycan və Ermənistan liderləri ilə bərabər ABŞ da sənədi imzalayıb. Bu da ciddi siyasi əhəmiyyət daşıyır. Məhz bu sənədin ABŞ-da imzalanması regionda marağı olan digər güclərə və prosesi pozmaq istəyənlərə mesaj kimi dəyərləndirilə bilər.

Bundan başqa, uzun müddətdir Zəngəzur dəhlizi ilə bağlı manipulyasiya aparan və bunun üzərindən bölgədə təzyiq rıçaqları saxlamaq istəyən güclərə də mesaj verilib və dəhlizin açılması ilə bağlı anlaşma imzalanıb. Bütün bunlar kifayət qədər ciddi məsələlərdir və bu razılaşmalar regionda maraqları və fərqli niyyətləri olan güclərə açıq mesaj kimi qəbul edilə bilər".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://sia.az
archiveBu xəbər 18 Avqust 2025 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see374

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see341

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see337

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see333

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see315

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see307

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see296

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see295

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see283

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see265

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see265

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see247

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see238

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see236

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see233

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see221

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see215

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see207

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see187

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri