Icma.az
close
up
RU
Reabilitasiya Mərkəzində müəmmalı ölüm Yaxınları ekspertizanın rəyindən narazıdırlar

Reabilitasiya Mərkəzində müəmmalı ölüm Yaxınları ekspertizanın rəyindən narazıdırlar

Pravda.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakının Şüvələn qəsəbəsində fəaliyyət göstərən Sağlam Cəmiyyət Reabilitasiya Mərkəzində müalicə alan Nahid Mirzəyev (ad və soyad şərtidir-red) müəmmalı şəraitdə ölüb.

Bu barədə Pravda.az-a müraciət edən mərhumun ailə üzvləri onun ölüm səbəbi ilə bağlı mərkəzdən verilən açıqlama və tibbi rəylə razı olmadıqlarını deyirlər.

Ailənin müraciətində deyilir: “2024-cü ilin fevral ayından avqust ayınadək narkotikdən müalicə məqsədilə oğlumuz Sağlam Cəmiyyət Reabilitasiya Mərkəzində qaldı. Oktyabrın 10-u Mərkəzdən zəng edilərək deyildi ki, müalicə üçün yenidən gəlsin, ayda 300 manat ödənilər. O, noyabrın 6-da evə gəldi. Dostu ilə noyabrın 7-si axşam radələri yenidən Mərkəzə qayıtdı. Ora çatanda əvvəl anası ilə telefonda danışdı, onun səhhətində heç bir problem yox idi. Telefon danışığından sonra axşam 11-ə işləmiş reabilitasiya mərkəzindən anasına zəng edildi və bildirildi ki, oğlunuz vəfat edib. Nəşi Mərdəkanda Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə apardıq. "Morq"da biz qarnının şişdiyini gördük və ölüm səbəbindən şübhələndik. Sağlam Cəmiyyət Reabilitasiya Mərkəzində heç həkim yoxdur. Onların dediklərinə görə, ilkin müdaxilə ilə oğlumuzu öz bildikləri metodlarla həyata qaytarmağa çalışsalar da, mümkün olmayıb. Mərkəzdən bizimlə əvvəllər Qədir adlı şəxs danışırdı, sonradan Samir adlı şəxs onu əvəz etməyə başladı. Sağlam Cəmiyyət Reabilitasiya Mərkəzinə getdiyimizdə heç kim qapını açmır, yalnız “Votsap” vasitəsilə zəng etdikdə Samir adlı şəxs telefona cavab verir. Biz hadisədən şübhələndik və tibbi eskpertiza rəyi tələb etdik. Ekspertizanın cavabı 1 ay gecikdi, halbuki bizə 12 gün içində rəyin hazır olacağını demişdilər. Bu müddət ərzində reabilistasiya mərkəzi də bizimlə maraqlanmadı. Sanki adi hal baş verib. İndi isə tibbi ekspertiza rəyi hazırdır. Cavab isə bizi qane etmir. Rəydə bildirilir ki, oğlumuz “şüşə” narkotik vasitəsindən zəhərlənib. Bəs Reabilitasiya Mərkəzində “şüşə” nə gəzirdi? Bu necə baş verə bilər? Deməli, Mərkəzdə xəstələrə yüksək dozada narkotik maddə verirlər? Eyni zamanda tibbi rəydə oğlumuzun düyasını dəyişdiyi ünvan Sağlam Cəmiyyət Reabilitasiya Mərkəzi olaraq göstərilməyib. “Digər yerdə” yazılıb. Oğlumuzun cəsədi Mərdəkanda yerləşən 26 saylı Birləşmiş Xəstəxanaya Samir adlı şəxsin maşını ilə gətirilib. Bu barədə bizdə görüntülər də var. Hazırda Reabilitasiya Mərkəzi ilə əlaqə yaratmaq mümkün deyil. Bu məsələ araşdırılmalı, oğlumuzun ölüm səbəbini və harada dünyasını dəyişməsini bizə açıqlamalıdırlar”.  


Pravda.az Sağlam Cəmiyyət Reabilitasiya Mərkəzi ilə əlaqə saxlamağa çalışıb. Lakin belə bir mərkəzin internet üzərindən nə adını, nə də ünvanını tapmaq mümkün olmayıb. Əməkdaşımız özünü Mərkəzin rəhbəri kimi təqdim edən Samir adlı şəxslə “Votsap” vasitəsilə danışa bilib. O isə sualları cavablandırmaqdan imtina edərək, sonra əlaqə saxlayacağını desə də, əlaqə saxlamayıb.

Bir daha qeyd edirik ki, qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Aytəkin Qardaşova 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://pravda.az
archiveBu xəbər 12 Dekabr 2024 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Müharibəyə görə 12 mindən çox iranlı zəvvar geri dönə bilmir

20 İyun 2025 01:59see130

Arxeoloqlar dinozavr dövrünə aid “qoblin” qalıqlarını tapıblar...

19 İyun 2025 22:15see129

Fernando Muslera Argentina klubu ilə anlaşdı

20 İyun 2025 12:37see128

Şiraz və Tehranda hərbi obyektlər bombalandı

20 İyun 2025 08:36see125

Damla tanınmış müğənninin əri ilə sevgili olub; Afaq SİRLƏRİ AÇDI (VİDEO)

20 İyun 2025 05:15see125

İsrail höküməti orduya əmr verdi: İranın Məşhəd və Təbriz şəhərləri...

21 İyun 2025 00:49see125

Dilarə Əliyevanın qardaşının SON DURUMU

20 İyun 2025 11:14see124

Kahramanmaraşda Prezident İlham Əliyev insanların böyük sevgisi ilə qarşılaşıb

19 İyun 2025 21:44see118

46 illik ömür...

20 İyun 2025 08:17see117

Putin Azərbaycanla birgə bu problem həll etmək üçün tapşırıq verdi

19 İyun 2025 22:01see117

18 ildir evlənməyən cütlük: Özümüzü evli kimi hiss edirik

20 İyun 2025 16:40see116

Tramp yaxın iki həftədə İranla bağlı taleyüklü qərar verəcək

19 İyun 2025 22:00see115

Putin: İrandakı vəziyyətə baxmayaraq, Buşehr AES də işləri davam etdiririk

20 İyun 2025 21:11see115

DSK sədri vəfat etdi

20 İyun 2025 16:21see114

Mərhum Xalq artistinin qızı adını dəyişir

20 İyun 2025 10:39see114

“Bütün Ukrayna bizimdir” Putindən ŞOK AÇIQLAMALAR

20 İyun 2025 23:30see113

İran üçün sınaq, Çin üçün strateji risk İsrail müharibəsinin dərin tərəfləri

20 İyun 2025 17:50see113

İran raketləri İsrailin cənubunu hədəfə aldı

20 İyun 2025 09:32see111

Malik İsaqov vətəndaşların problemlərini yerindəcə həll etdi FOTOLAR

20 İyun 2025 17:45see111

Televiziya və radio şirkətinin Tehrandakı binası dağıdılıb

20 İyun 2025 07:36see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri