Icma.az
close
up
RU
Moskvadan İrəvana səngiməyən təhdidlər: ya Aİ, ya da Aİİ

Moskvadan İrəvana səngiməyən təhdidlər: ya Aİ, ya da Aİİ

Ayna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiya Ermənistanm qarşısında şərt qoyur: iki yoldan birini seçmək məcburiyyəti

Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlüyü məsələsi gündəmə gəldikdən bu yana Moskvadan İrəvana təhdidlər səsləndirilməkdədir. Rusiya tərəfi xüsusilə əsas gətirir ki, Ermənistan Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvü olduğu üçün Aİ-yə üzvlüyü mümkün deyil. Bu təhdidlər son günlər daha geniş vüsət alıb. İki gün əvvəl Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarocva keçirdiyi mətbuat  konfransında deyib ki, İrəvanın Aİİ və Aİ-yə üzvlüyünün uyğunsuzluğu ilə bağlı bəyanatlarda realizm inkar edilə bilməz.

Qeyd edək ki, bu il aprelin 4-də Ermənistan Prezidenti Vaaqn Xaçaturyan “Ermənistan Respublikasının Avropa İttifaqına daxil olması prosesinin başlanması haqqında” qanunu imzalayıb. Bundan sonra ölkə hökuməti bəyan edib ki, Aİİ-dən çıxmaq məsələsi onun gündəmində deyil.

"Burada realizmi inkar edə bilməzsiniz. Bu, doğrudan da, kifayət qədər mürəkkəbdir. Ermənistanın Aİ-yə potensial qoşulması ölkənin Aİİ-yə üzvlüyü ilə həqiqətən də bir araya sığmır. Mənə elə gəlir ki, bu, Rusiya tərəfindən dəfələrlə, konkret arqumentlərlə səsləndirilib", - diplomat bildirib.

Zaxarova Ermənistanın indiki mərhələdə hətta Aİ-yə üzvlüyə namizəd statusunu belə almadığını və üzvlük prosesinin özünün də onilliklər çəkə biləcəyini vurğulayıb: “Üstəlik, Aİ-nin həqiqətən də Ermənistanı qəbul etməkdə maraqlı olması, yoxsa ona müvəqqəti geosiyasi alət kimi baxması sualı açıq qalır”.

"Biz artıq Aİ-nin bir sıra ölkələrlə necə rəftar etdiyini görmüşük. Maraq yox olan kimi verilən vədlərə görə məsuliyyət də aradan qalxır. Ukrayna və Moldova nümunələri bunu təsdiqləyir: onlar Brüsseldən siyasi və iqtisadi asılılıq vəziyyətinə düşüblər", - Zaxarova əlavə edib.

Rusiya XİN rəsmisi Ermənistanın Aİİ-dən çıxmasının praktiki nəticələri barədə də xəbərdarlıq edib. Onun sözlərinə görə, ölkə Aİ-yə daxil olarsa, Aİİ daxilində mal və xidmətlərin sərbəst hərəkəti imkanını itirəcək ki, bu da gömrük rüsumlarının artmasına, istehlakçılar üçün qiymətlərin artmasına və milli məhsulların rəqabət qabiliyyətinin azalmasına səbəb olacaq: “Ermənistan əmək və texniki tənzimləmə, sanitar və fitosanitar normalar və digər sahələrdə də üstünlüklərini itirəcək. Bütün bu nəticələri indi başa düşmək lazımdır ki, sonradan Ermənistan xalqı bu barədə niyə onlara məlumat verilmədiyini soruşmasın".

Mövzu ilə bağlı danışan Rusiya Baş nazirinin müavini Aleksey Overçuk isə “Vedomosti”yə müsahibəsində bildirib ki, Ermənistanın Aİ ilə yaxınlaşma kursu artıq ölkə iqtisadiyyatına ziyan vurur. Nəzərə almaq lazımdır ki, Aİ ilə yaxınlaşma istər-istəməz Rusiya və Ermənistan arasında münasibətlərə mənfi təsirə gətirib çıxaracaq. Ermənilərin bunu istəyib-istəməməsi onların cavab verməli olduqları sualdır”.

Onun sözlərinə görə, Ermənistanın Aİİ-yə üzvlüyü mühüm iqtisadi artıma səbəb olub: adambaşına düşən ÜDM 2014-cü ildəki 3850 dollardan 2024-cü ildə 8500 dollara çatıb. Aİİ ilə qarşılıqlı ticarət 12,7 milyard dollara çatıb, Aİ ilə isə bu, cəmi 2,3 milyard dollar olub. Ermənistanın iqtisadi uğuru Aİİ çərçivəsində qarşılıqlı fəaliyyət modelinin üstünlüklərinin nümayişidir".

Overçukun qənaətincə, bununla belə, İrəvan hazırda Avropa İttifaqı ilə yaxınlaşmanı fəal şəkildə müzakirə edir: “Aİ-yə doğru kursa görə Rusiya biznesi daha ehtiyatlı olub: 2024-cü ildə ticarət dövriyyəsi 2 milyard dollar azalıb, 2025-ci ildə isə itkilər 6 milyard dollara çata bilər. ÜDM-i 26 milyard dollar olan ölkə üçün bu, 23% itki deməkdir. Və bu, yalnız Rusiya biznesinin Ermənistanın kursuna reaksiyasıdır".

Overçuk vurğulayıb ki, Aİ və Aİİ-də eyni vaxtda olmaq mümkün olmayacaq. O Ermənistan vətəndaşlarını Aİ-nin seçiminin onların həyatına necə təsir edəcəyini təsəvvür etməyə dəvət edib: “Rusiyaya birbaşa uçuşların bağlanması (2022-ci ildə Brüssel Aİ səmasını Rusiya aviaşirkətləri üçün bağladı). Bu, qohumlara səfərləri çətinləşdirəcək və Rusiyadan turist axınını azaldacaq. Yükdaşıyanlar, Avropa və Rusiya daşıyıcılarının indi etdiyi kimi, sərhəddə yük maşınlarını yenidən birləşdirməli olacaqlar: “Erməni yük maşınları Yuxarı Larsa gələcək, yenidən birləşəcək və Ermənistana qayıdacaq”.

Baş nazirin müavini məhsulun sertifikatlaşdırılması ilə bağlı yeni Ermənistan qaydalarına da diqqət çəkib: “Üçüncü ölkələrdən məhsulların idxalının sadələşdirilməsi isə yerli istehsalçılar üçün rəqabət yaradacaq və Aİİ-ni sərhəddə nəzarəti gücləndirməyə məcbur edəcək ki, bu da Ermənistan mallarının Rusiyaya ixracını çətinləşdirəcək”.

Baş nazirin müavini vurğulayıb ki, Rusiya erməni xalqının seçiminə hörmətlə yanaşacaq: “Amma Aİ ilə yaxınlaşma istər-istəməz Rusiya ilə Ermənistan arasında tam qırılmaya gətirib çıxaracaq. Ermənilərin bunu istəyib-istəməməsi onların cavab verməli olduqları sualdır”.

Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan “Sputnik Ermənistan”a mövzu ilə bağlı müsahibəsində deyib ki, Ermənistan Aİİ-dən çıxmaq və ola bilsin ki, başqa inteqrasiya birliyinə qoşulmaq barədə yalnız risklər və nəticələrin hərtərəfli qiymətləndirilməsindən sonra düşünə biləcək: "Mövcud vəziyyəti təhlil etmədən heç bir addım atmaq mümkün deyil. Real qiymətləndirmələr o zaman mümkün olacaq ki, proses faktiki başlasın".

Qriqoryanın sözlərinə görə, bu, birdəfəlik qərar deyil, bir çox parametrləri nəzərə alan uzunmüddətli prosesdir: “Yalnız hərtərəfli təhlildən sonra nəticələrin nə olacağını anlamaq mümkün olacaq - müsbət, mənfi və ya neytral”.

Qtiqoryan “Aİ-yə daxil olmaq Aİİ-dən çıxmaqdan sonrakı iqtisadi itkiləri kompensasiya edə bilərmi?” sualına cavab verərək, “bu cür qiymətləndirmələrin aparılmasının hələ tez olduğunu” vurğulayıb: “İstənilən inteqrasiya qərarı hazırlıq, aydın parametrlər və konkret göstəricilər tələb edir”.

Qriqoryan əlavə edib ki, kimin nə qazanıb, nə itirəcəyi barədə danışmaq hələ tezdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:263
embedMənbə:https://ayna.az
archiveBu xəbər 21 İyun 2025 19:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see348

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see340

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see332

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see326

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see325

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see296

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see291

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see283

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see265

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see258

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see246

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see238

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see236

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see215

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see195

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see192

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see190

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see188

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri