Icma.az
close
up
RU
İran üçün sınaq, Çin üçün strateji risk İsrail müharibəsinin dərin tərəfləri

İran üçün sınaq, Çin üçün strateji risk İsrail müharibəsinin dərin tərəfləri

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İran-İsrail müharibəsi həm də Tehranın dostlarının sınağıdır. İran, Rusiya, Çin və Şimali Koreya mövcud regional və qlobal proseslər zamanı beynəlxalq platformalarda eyni mövqedən çıxış edərək lazımi məqamlarda bir-birinə dəstək verirlər.

Rusiya-Ukrayna müharibəsində İran açıq şəkildə Moskva cəbhəsində yer alıb beynəlxalq basqılara tuş gəlsə də, İsrail-İran müahribəsində Tehranın gözləntiləri özünü doğrultmadı. Tehranın gözləntilərinin əksi olaraq Moskva bu müharibədə susqunluğa üstünlük verməklə özünü ancaq bəyanat kontekstində göstərib.

Moskva İsrail-İran müharibəsi fonunda qalxan neft qiymətlərindən qazanmaq istəyir, həm Ukrayna cəbhəsində diqqəti yayındırır, həm İran, həm də ABŞ və İsraillə bazarlıq etməklə bölgədə maraqlarını qorumağa çalışır.

Şimali Koreya da işini Tehran cəbhəsində yer aldığını bəyan etməklə yanaşı, İsraili, ABŞ-ni hücumla təhdid etməklə bitirib.

Tehranın müttəfiqlərindən olan Çin isə digərlərindən fərqli mövqe sərgiləyib daha çox aktivlik nümayiş etdirməkdədir.  

Çinin xarici işlər naziri Vanq Yi İsrailin hərəkətlərinin beynəlxalq hüququ və beynəlxalq münasibətləri tənzimləyən normalarını, İranın suverenliyinə, təhlükəsizliyinə qəsd etdiyini, regional sülhü, sabitliyi pozduğunu bəyan edib.

Çinli nazir bəyan edib ki, arxada oturub regional vəziyyətin uçuruma yuvarlanmasını seyr edə bilməzlər: “Bu kritik anda beynəlxalq ictimaiyyət, xüsusilə də regional ölkələr öz qüvvələrini daha da birləşdirməli, ədaləti müdafiə etməli və müharibəyə qarşı çıxmalıdır. Beynəlxalq birlik sülhü dəstəkləməklə siyasi həll yollarını təşviq etmək üçün beynəlxalq impuls yaratmalıdır”.

Çin bəyanatlarla yanaşı, İrana birbaşa dəstək verən ölkələrdən biri hesab olunur. “The Telegraph” İsrail-İran müharibəsinin başlayandan sonra Çin yük təyyarələrinin İrana uçduğu barədə məlumat dərc edib.  Nəşrin yazdığına görə, uçuşların monitorinqi məlumatları Şanxay da daxil olmaqla Çin şəhərlərindən qalxan təyyarələrin Orta Asiya üzərindən uçduğunu və İran sərhədi yaxınlığında radarlardan itdiyini göstərib. Uçuş planlarında son təyinat məntəqələri Lüksemburq kimi göstərilib, lakin təyyarələr Avropa hava məkanında aşkar edilməyib. Bildirilir ki, belə təyyarələr çox vaxt hərbi texnikanın daşınması üçün istifadə olunur.

İsrail-İran müharibəsindən ən çox narahat olan və əndişə keçirən ölkələrdən biri də Çindir. Rusiya və Şimali Koreyadan fərqli olaraq Çinin Yaxın Şərqdəki böyük müharibədən daha çox itirəcəyi çox şey var. Ona görə də Çin İranı müdafiə etmək zorundadır. Bu da səbəbsiz deyil.

- Çin İrandan sanksiyalardan yayınaraq dünya bazarından daha ucuz qiymətə yanacaq enerjisi alır.  Məlumatlara görə, Çin İrandan ildə 50 milyard dollarlıq və daha çox yanacaq enerjisi alır. Tehran məğlub olarsa, o zaman Pekin belə bir əhəmiyyətli bazarı itirmiş olacaq. Bu da təbii ki, Çin iqtisadiyyatına öz mənfi təsirlərini göstərəcək.

- “Bir kəmər, bir yol” layihəsi baxımdan İran və Yaxın Şərq pekin üçün çox mühüm bazar və logistik qovşaqdır.

- Pekinin regional və qlobal proseslərdə geosiyasi, geoiqtisadi mövqeləri baxımdan ciddi önəm daşıyır. İranın məğlubiyyəti Pekinin həm regional, həm də qlobal geosiyasi maraqlarına mənfi təsirlər göstərəcək.

- Çin-Tayvan münaqişəsı baxımından da İsrail-İran müharibəsi mühüm əhəmiyyət kəsb edir. ABŞ bu cəbhədə uğur əldə edərsə, o zaman Çin Tayvan məsələsində ciddi problemlərlə üzləşə bilər. Ona görə də bütün bu və digər amillər baxımdan Pekin İranı öz təhlükəsizliyi baxımdan “qırmızı xətti”nin ilk cəbhə xətti hesab edir.  

Bütün bu səbəblərdən Pekin Moskvadan fərqli olaraq İran cəbhəsində ABŞ-nin uğur əldə etməməsi üçün dirəniş göstərməli olacaq. Çinin İrandakı dirənişi Pekinin gücünün sərhədlərini göstərəcək.

“The New York Times” isə yazır ki, Çinin ABŞ-nin Yaxın Şərqdə və İranla bağlı edə biləcəyi çox az şey var, çünki onun regionda təsiri açıq şəkildə məhduddur.

Tehran Pekinə ABŞ-yə qarşı çıxmaq üçün Yaxın Şərqdə mövqelərinin təmin edilməsinə dəstək versə belə, bunu reallaşdırmaq elə də asan olmayacaq.

Bu barədə “The New York Times”ə açıqlama verən Vaşinqtondakı “American Enterprise” İnstitutunun baş elmi işçisi Zak Kuper deyib ki, strateji maraqlara baxmayaraq, Tramp administrasiyası üzərində az təsirə malik olan Çin çətin İranın hərbi müdafiəsinə gəlsin. “Xüsusən də ABŞ müharibəyə müdaxilə edərsə... Reallıq odur ki, onların İran obyektlərini qorumaq üçün Çin qoşunlarını göndərmək imkanı yoxdur. Onlar çox sakitcə bəzi maddi, ritorik dəstək və bəlkə də bir qədər humanitar yardım göstərə bilərlər", - Kuper qeyd edib.

Nəşr qeyd edib ki, Trampın İrana zərbə endirmək qərarı Pekinə öz geosiyasi strategiyasını formalaşdıra biləcək bir dərs olacaq. “Çin Trampın xarici siyasətə yanaşmasını və onun güc tətbiq etmək istəyini anlamağa çalışacaq. Nəticə Pekinin Tayvanı işğal etmək qərarına gəldiyi zaman ABŞ-nin onu müdafiə edib-etməyəcəyi ilə bağlı qiymətləndirməsinə təsir göstərə bilər", - NYT yazıb.

Lakin İsrail-İran müharibəsi Rusiya-Ukryana müharibəsində beynəlxalq diqqətin bu cəbhədən yayınması baxımdan marağına uyğundursa, digər tərəfdən ABŞ-nin Yaxın Şərqdə uzun sürən müharibəyə cəlb edilməsi Amerika qoşunlarını, gəmilərini və digər hərbi resurslarını Cənub-Şərqi Asiyadan, xüsusən də Tayvan yaxınlığından uzaqlaşdırılması və diqqətdən yayınması baxımdan marağına uyğundur.

Bu da ABŞ-nin dominantlıq etdiyi dünya nizamına qarşı Çin, Rusiya, İran və Şimali Koreya dördlüyünün diplomatik və hərbi baxımdan ortaq birlik formalaşması barədə deyilənlərin ciddi olmadığını göstərir.

Mürtəza
Ölkə.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://olke.az
archiveBu xəbər 20 İyun 2025 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see306

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see225

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see216

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see201

Ən bahalı gənc futbolçular SİYAHI

06 Noyabr 2025 07:41see168

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see148

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see141

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see138

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see136

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see134

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see134

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see132

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see129

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see128

ÇL: Qarabağ Çelsi oyunu bərabərə bitib

06 Noyabr 2025 07:44see127

Rüşvətdə ittiham olunan Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başladı

06 Noyabr 2025 14:47see123

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see123

DİQQƏT! Şəmkirdə qaz olmayacaq

06 Noyabr 2025 16:42see121

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see120

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri