Reabilitasiya xidmətlərinin növləri 5 dəfədən çox artırılıb
Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin müəssisələrində əlilliyi olan şəxslərə göstərilən reabilitasiya xidmətlərinin növləri 2018-ci ildən indiyədək 5 dəfədən çox artırılaraq 70-ə çatdırılıb. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, son illər aparılan sosial islahatların bir istiqaməti olaraq ölkədə müasir reabilitasiya sistemi qurulmaqla bərabər, reabilitasiya sahəsində qabaqcıl dünya təcrübəsinə və biopsixososial modelə əsaslanan yeni xidmətlərin tətbiqi də təmin edilib.
Həmin xidmətlərin sırası robotik reabilitasiya, alternativ reabilitasiya, ippoterapiya, yoqa, dance ability, səyyar, icma əsaslı, telereabilitasiya, onkoloji xəstələr üçün sosial-psixoloji dəstək, rehabus layihəsi və s. ilə xeyli genişləndirilib.
Xatırladaq ki, aparılan islahatlar nəticəsində reabilitasiya xidməti göstərilən əlilliyi olan şəxslərin illik sayı 2018-ci ilə nisbətən on dəfə artıb. Agentlik tərəfindən təkcə 2024-cü ildə 123 min nəfərdən çox əlilliyi olan şəxs 1 milyona yaxın reabilitasiya xidməti ilə təmin edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 25 Fevral 2025 11:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















