“Real” Bernardo Silvaya təklif göndərdi
Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Mançester Siti” klubunun oyunçusu Bernardo Silvaya rəsmi təklif göndərib.
Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano sosial şəbəkə hesablarında məlumat yayıb.
Qeyd edək ki, “Mançester Siti”nin mətbuat xidməti daha əvvəl Silvanın müqaviləsinin müddəti bitdikdən sonra komandadan ayrılacağını bildirmişdi.
Onun müqaviləsi 2026-cı ilin 30 iyununa qədərdir.
Xatırladaq ki, 31 yaşlı Silva 2017-ci ildə “Monako”dan “Mançester Siti”yə keçib. O, klubla altı İngiltərə çempionluğu, beş İngiltərə Liqa Kuboku, üç İngiltərə Superkuboku və bir İngiltərə Kuboku qazanıb.
Silva həmçinin klubla Çempionlar Liqası, UEFA Super Kuboku və FIFA Klublararası Dünya Kubokuna sahib olub.
Bernardo Silva həmçinin, Portuqaliya millisinin üzvüdür.
Bu mövzuda digər xəbərlər:“Real” Bernardo Silvaya keçidə görə 20 milyon avro ödəyəcək
15 İyun 2026 21:19
Qvardiola Bernardo Silvaya niyə “çox əsəbiləşdiyini” izah edib
10 Aprel 2026 19:56
Bernardo Silva Real da
16 İyun 2026 16:55
“Real” Bernardo Silvanın transferini elan edib
17 İyun 2026 13:32
Bernardo Silva “Real Madrid”də SON DƏQİQƏ
11 İyun 2026 22:36
Baxış sayı:84
Bu xəbər 12 İyun 2026 17:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















