Real da yeni müzakirə: Arda Gülərin 140 milyon avroluq problemi var
Icma.az, Demokrat.az saytına istinadən bildirir.
La Liqasının ikinci turunda “Real Madrid” doğma meydanda “Real Sosyedad”ı 4:1 hesabı ilə məğlub edib. Görüşdə 78 dəqiqə meydanda olan Arda Gülərin çıxışı ispan azarkeşləri arasında müzakirələrə səbəb olub.
Demokrat.az xəbər verir ki, oyunun 40-cı dəqiqəsində Kilian Mbappe “Real Madrid”i hesabda önə keçirib. Lakin 44-cü dəqiqədə Susiçin qolu ilə ilk hissə 1:1 hesabı ilə başa çatıb. İkinci hissədə tempini artıran Madrid təmsilçisi 60-cı və 80-ci dəqiqələrdə Mbappenin, 68-ci dəqiqədə isə Vinisiusun qolları sayəsində 4:1 hesablı qələbə qazanıb.
78 dəqiqə meydanda qalan və yerini Brahim Diasa verən Arda Gülər üçün sosial şəbəkələrdə çoxsaylı müsbət fikirlər səsləndirilib. Azarkeşlərdən biri türkiyəli futbolçunun Mbappe və Vinisiusa səkkiz real qol epizodu yaratdığını bildirib. Digər bir azarkeş isə “Arda Gülər inanılmaz dərəcədə yaxşıdır” şərhini yazıb.
Bununla belə, bir başqa ispan azarkeş Arda Gülərin “140 milyon avroluq problemi” olduğunu iddia edib. Onun fikrincə, bu problem “Sportinq”dən 140 milyon avroya transfer edilən Diomandedir.
Azarkeş hesab edir ki, Joze Mourinyo tərəfindən çalışdırılan “Sportinq”də çıxış etmiş Diomandenin “Real Madrid”ə gəlişi Arda Gülərin əsas heyətdəki mövqeyinə təsir göstərə bilər. İddialara görə, Mourinyo 140 milyon avroya transfer edilən futbolçunu oynatmaq üçün Arda Güləri ehtiyatda saxlamağa üstünlük verə bilər.
Hazırda bu fikirlər azarkeş müzakirəsi olaraq qalır və Arda Gülərin gələcəkdə “Real Madrid”in heyətindəki mövqeyinin dəyişəcəyini təsdiqləyən rəsmi məlumat yoxdur.
Jalə
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Real” Arda Gülərin sayəsində finala yüksəldi
02 Aprel 2025 11:11
Arda Gülərin “Real”dan ayrılacağı açıqlanıb
04 Fevral 2025 10:39
Arda Gülərin fantastik maaşı
19 Mart 2025 15:12
Arda Gülərin transfer dəyəri açıqlandı
02 Oktyabr 2025 23:06
Arsenal Arda Gülərin transferində israrlıdır
08 Yanvar 2026 16:07
Baxış sayı:143
Bu xəbər 27 Avqust 2026 18:07 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları