Icma.az
close
up
RU
Real El Klasiko öncəsi Arda Gülər və Mbappenin sayəsində qalib gəldi

Real El Klasiko öncəsi Arda Gülər və Mbappenin sayəsində qalib gəldi

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

La Liqanın 34-cü turunda ''Real'' ''Selta''nı qəbul etdi.

''Football-plus.az'' xəbər verir ki, ''Barselona''nın təqibini davam etdirən ''kral klubu'' çətin və mühüm qələbə qazandı. Start heyətində meydana çıxan Arda Gülər oyunun qəhrəmanlarından biri oldu.
Son matçlarda inamlı təsir bağışlayan Türkiyə yığmasının gənc ulduzu 33-cü dəqiqədə çox baxımlı bir qol vuraraq qələbənin əsasını qoydu. Arda bununla da ardıcıl 3-cü rəsmi oyunda məhsuldar hərəkətlə fərqlənmiş oldu! Qoldan ruhlanan ''Real'' ilk yarının sonlarında və ikinci hissənin əvvəllərində Mbappenin qolları sayəsində hesabı darmadağın həddinə çatdırdı. 3-cü qolda Arda aktivinə məhsuldar ötürmə də yazdı. 83 dəqiqə meydanda qalan 20 yaşlı futbolçu oyunu qol və məhsuldar ötürmə ilə tamamladı. Arda bu mövsüm 38-ci rəsmi oyununu keçirdi. O, 5 qol, 8 məhsuldar ötürmə ilə 13 qolun vurulmasında yaxından iştirak edib.
Arda ötən mövsüm də evdə ''Selta'' ilə oyunda fərqlənməyi bacarmışdı. Bir müddət öncə səfərdə ''Barselona''ya 3 qol vuran, amma 3:4 hesabı ilə uduzan ''Selta'' yenə asan təslim olmadı. Viqo təmsilçisi qalan müddətdə 2 qol vuraraq fərqi minimuma endirsə də, komandanın bundan artığına gücü çatmadı. Mbappe Madrid nəhəngində uyğun olaraq 35 və 36-cı qollarını vurdu. İndi onu İvan Samoranonun rekordunu təkrarlamaqdan cəmi 1 qol ayırır. ''Real''da ilk mövsümdə ən çox qol vuran futbolçuların siyahısına Samorano başçılıq edir. Sabiq çilili forvard 1992/93-də 37 qol vurmuşdi. La Liqada son 8 turda 7-ci qələbəsini qazanan ''Real'' ''Barsa'' ilə 4 xallıq fərqi qorudu.
Növbəti tur bizi ''El Klasiko'' gözləyir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:214
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 05 May 2025 19:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri