Real Hospital lisenziyadan kənar fəaliyyətlə məşğul olub?
Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Real Hospital" inzibati məsuliyyətə cəlb edilib.
Qaynarinfo-nun məlumatına görə, hospital barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə protokol tərtib edilib.
Bu maddə tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır.
Maddədə inzibati cəza növü kimi fiziki şəxslərin 300 manatdan 500 manatadək, vəzifəli şəxslərin 800 manatdan 1000 manatadək, hüquqi şəxslərin isə 6000 manatdan 8000 min manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.
İş baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.
Seyid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 28 Dekabr 2024 19:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















