Real Madrid in Vinisiusla imzalayacağı yeni müqavilənin detalları bilindi
Icma.az, Fanat portalına istinadən məlumat verir.
"Real Madrid"in braziliyalı ulduzu Vinisius Juniorla yeniləyəcəyi müqavilənin detalları açıqlanıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "La Ser" yayıb.
Cinah hücumçusunun yaxın vaxtlarda müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulan anlaşmaya qol çəkəcəyi bildirilib. Bundan başqa, Vinisiusla əməkdaşlığın müddətinin sonradan daha 12 ay uzadılmasının da sənədlərdə əksini tapacağı vurğulanıb. "Kral klubu"nun cənubi amerikalının maaşını artıracağı və tərəflərin artıq bu yöndə razılıq əldə etdiyi diqqətə çatdırılıb.
Qeyd edək ki, cari mövsüm 24 yaşlı Vinisius La Liqada 26 matça çıxaraq 11 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun hesabında 12 Çempionlar Liqası qarşılaşmasında 8 qol və 3 assist də var. Sözügedən oyunçunun "Real" ilə indiki müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 23 Aprel 2025 13:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















