“Real Madrid”in futbolçusu ata oldu, qolunu oğluna həsr etdi
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
“Real Madrid”in və Braziliya millisinin hücumçusu Endrik ilk dəfə ata olub. 20 yaşlı futbolçunun Kendrik adlı oğlu dünyaya gəlib.
İdman.Biz xəbər verir ki, braziliyalı hücumçu bu barədə Sinqapurla yoldaşlıq oyunundan sonra SporTV telekanalına açıqlamasında danışıb.
Braziliyanın 7:0 hesablı qələbəsi ilə başa çatan qarşılaşmada fərqlənən Endrik qolunu yeni doğulan oğluna və həyat yoldaşı Qabrieli Mirandaya həsr etdiyini bildirib.
“Allaha şükür, həyat yoldaşım övladımızı dünyaya gətirdi. Çox gözəl oğlandır, həyat yoldaşım da çox xoşbəxtdir. Bu qolu ona və doğuşdan sonrakı çətin dövrdən keçən həyat yoldaşıma həsr edirəm. O, çox güclü qadındır. Bilirəm ki, bu, asan deyil”, - futbolçu deyib.
Endrik həyat yoldaşının onu Braziliya millisinin düşərgəsinə yollanmağa təşviq etdiyini də açıqlayıb:
“O, mənə millimi təmsil etməyimi söyləyən ilk insanlardan biri idi. İndi oğlumuzun qayğısına qalır. Ailəmin qədrini bilməliyəm”.
Gənc hücumçu şəxsi həyatını ictimaiyyətdən uzaq tutmaq istədiyini vurğulayıb:
“Mən yalnız karyeram haqqında danışmağı sevirəm. Çünki medianın və internetin necə olduğunu bilirik. Şəxsi həyatımı kənarda saxlamağa üstünlük verirəm. Gələcəkdə ictimaiyyət qarşısına çıxıb-çıxmamaq oğlumun öz qərarı olacaq”.
Qeyd edək ki, Endrik Sinqapurla qarşılaşmanın 31-ci dəqiqəsində Braziliya millisinin dördüncü qolunu vurub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 17 Noyabr 2026 22:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















