“Real Madrid”lə matça bilet almağa istəyənlərin ucbatından “Kayrat”ın saytı çöküb
Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
Çempionlar Liqası çərçivəsində Almatının "Kayrat" klubu ilə "Real Madrid" arasında keçiriləcək oyuna bilet satışının başlaması böyük ajiotaja səbəb olub.
İdman.biz-in Qazaxıstan mətbuatına istinadən verdiyi məlumata görə, nəticədə Qazaxıstan klubunun saytı çöküb.
Almatı Mərkəzi Stadionu cəmi 23 000 tamaşaçı üçün nəzərdə tutulub, lakin orada iştirak etmək istəyənlərin sayı bir neçə dəfə çoxdur. Saat 17:00-da (Bakı vaxtı ilə 16:00) növbədəkilərin sayı 140 000 nəfərə çatıb və sürətlə artmağa davam edir.
Xatırladaq ki, “Kayrat” – “Real” matçı sentyabrın 30-da baş tutacaq. Biletlərin qiymətləri əvvəlcədən elan edilib və bu, Qazaxıstan çempionu ilə Avropanın ən titullu klublarından biri arasında baş tutacaq oyuna marağı daha da artırıb.
İdman.Biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 23 Sentyabr 2025 20:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















