“Real” UEFA dan “Barselona” ilə bağlı araşdırmanı sürətləndirməyi tələb ETDİ
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Madridin “Real” klubu UEFA-dan “Barselona”nın sabiq İspaniya Kral Futbol Federasiyasının Hakimlər Texniki Komitəsinin vitse-prezidenti Xose Mariya Enrikes Neqreyraya etdiyi ödənişlərlə bağlı araşdırmanı sürətləndirməyi tələb edib.
Redaktor.az xəbər verir ki, bu barədə “Sport-Ekspress” klubun açıqlamasına istinadən məlumat yayıb.
Bildirilib ki, Madrid klubu UEFA-ya təxminən 50 min səhifəlik sənəd və sübut təqdim edib. UEFA da əhəmiyyətli həcmdə materialların qəbul edildiyini təsdiqləyib.
Qeyd olunub ki, UEFA-nın etika və intizam məsələləri üzrə müfəttişləri təqdim olunan sənədləri davam edən araşdırma çərçivəsində araşdıracaqlar.
“Real”ın açıqlamasında bildirilib ki, şikayət yarışların bütövlüyünə və hakimlik sisteminə olan etimada birbaşa təsir edən ciddi faktlarla bağlı geniş sənədlər və sübutlardan ibarətdir.
Madrid klubu araşdırmanın mümkün qədər operativ şəkildə yekunlaşdırılmasının və səlahiyyətli qurumların müəyyən edilən faktların ciddiliyini nəzərə alaraq müvafiq qərarlar qəbul etməsinin vacib olduğunu vurğulayıb.\
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 01 Oktyabr 2026 23:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















