“Real Madrid” Barselona dan UEFA ya şikayət etdi
Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Real Madrid” klubu UEFA-ya müraciət edərək “Barselona” ilə bağlı “Neqreyra işi” üzrə intizam araşdırmasının bərpa olunmasını istəyib.
Redaktor.az xəbər verir ki, "kral klubu" katalonların İspaniya Hakimlərinin Texniki Komitəsinin sabiq vitse-prezidenti Xose Mariya Enrikes Neqreyra ilə bağlı ödənişləri üzrə yeni sübutların olduğunu bildirib.
“Real” UEFA-dan bu məsələ ilə bağlı müvafiq intizam tədbirləri görülməsini tələb edib. Klub hesab edir ki, “Barselona”nın uzun müddət ərzində Neqreyraya etdiyi şəffaf olmayan ödənişlər yarışların bütövlüyünə ciddi təhlükə yaradır.
Madrid klubu açıqlamasında bildirib ki, UEFA-nın əvvəllər başladığı intizam prosesinin bərpa olunması vacibdir və məsələ ilə bağlı qərarın verilməsini gözləyir.
Qeyd edək ki, “Neqreyra işi” “Barselona”nın hakimlər komitəsinin sabiq vitse-prezidenti Xose Mariya Enrikes Neqreyraya ödənişlər etməsi ilə bağlıdır. Kataloniya klubu isə bu ödənişlərin hakimlərin qərarlarına təsir məqsədi daşımadığını bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 17 İyun 2026 18:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















