Icma.az
close
up
RU
“Real”dən UEFA ya “Barselona” ilə bağlı sərt müraciət

“Real”dən UEFA ya “Barselona” ilə bağlı sərt müraciət

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

İspaniyanın “Real Madrid” futbol klubu “Neqreyra işi” ilə bağlı UEFA-nın intizam orqanlarına rəsmi sənəd təqdim edib.

İdman.Biz klubun rəsmi saytına istinadən xəbər verir ki, Madrid təmsilçisi sənəddə “Barselona”nın İspaniya Kral Futbol Federasiyasının Hakimlərin Texniki Komitəsinin sabiq vitse-prezidenti Xose Mariya Enrikes Neqreyraya etdiyi ödənişlərə dair yeni sübutların olduğunu bildirib.

“Real Madrid”in açıqlamasında ödənişlərin uzun müddət davam etdiyi, qeyri-şəffaf olduğu və onların məqsədini təsdiqləyən əsaslandırmanın mövcud olmadığı iddia edilib.

Madrid klubu yaranmış vəziyyətin yarışların bütövlüyü, bərabər rəqabət, neytrallıq və hakimlərin qərəzsizliyi prinsipləri üçün ciddi təhlükə yaratdığını qeyd edib.

“Real Madrid” UEFA-dan daha əvvəl başlatdığı intizam araşdırmasını dərhal bərpa etməyi və müvafiq tədbirlər görməyi tələb edib. Klub məsələnin uzanmasının futbola, onun qurumlarına və rəhbərliyinə olan etimadı azaltdığını vurğulayıb.

Açıqlamada UEFA-nın mümkün intizam qərarının İspaniyada davam edən məhkəmə araşdırmasını əvəz etmədiyi də bildirilib. “Real Madrid” cinayət işi üzrə xüsusi ittihamçı qismində hüquqi addımlarını davam etdirəcəyini açıqlayıb.

Qeyd edək ki, “Neqreyra işi” “Barselona”nın 2001-2018-ci illərdə Xose Mariya Enrikes Neqreyra ilə əlaqəli şirkətlərə etdiyi ödənişlərlə bağlıdır. Kataloniya klubu ödənişlərin hakimlər barədə texniki hesabatların hazırlanması üçün edildiyini bildirir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 17 İyun 2026 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see392

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see377

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see313

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see308

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see307

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see301

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see293

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see238

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see226

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see224

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see222

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see208

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see207

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see202

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see198

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see184

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see181

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see180

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see169

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri