Icma.az
close
up
RU
Vyetnam liderinin səfəri önəmlidir KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

Vyetnam liderinin səfəri önəmlidir KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Vyetnam Azərbaycandan çox uzaqlarda yerləşsə də, ancaq əlaqələr doğmadır, yaxındır və hər iki dövləti sağlam münasibətlər birləşdirir.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri vurğulayıb ki, yarım əsrə yaxın olan bu dostluq münasibətləri bu gün yüksələn xətt üzrə inkişaf edir və dövlətlərin, xalqların milli maraqlarına, inkişafa, təhlükəsizliyə, qarşılıqlı əməkdaşlığa hesablanıbdır.

“Azərbaycan Prezidentinin Vyetnama, Vyetam Sosialist Respublikasının Prezidentinin Azərbaycana səfərləri münasibətlərin daha da yaxşılaşdırılmasına zəmin yaratmış iqtisadi, ticarət, elmi və texniki əməkdaşlığı möhkəmləndiribdir.

Məhz bunun nəticəsidir ki, 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 223,93 milyon ABŞ dolları olubdur. Neft, təhsil, mədəniyyət, humanitar sahələrdə əlaqələr inkişaf etməkdədir. Həmçinin beynəlxalq təşkilatlar–Qoşulmama Hərəkatı və BMT çərçivəsində əməkdaşlıq öz səmərəsini verməkdədir. Turizm, mədəniyyət, iqtisadi–ticari sahələrdə böyük potensial mövcuddur və hər iki dövlət bundan sonra da bu istiqamətdə mühüm layihələrin həyata keçirilməsini təmin edə bilər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məhz Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş Katibi To Lamın ölkəmizə gözlənilən səfəri ərəfəsində “Vyetnam News Agency” agentliyinə verdiyi müsahibəsində qarşılıqlı münasibətlərə böyük önəm verilmiş və bildirmişdir ki, qarşıdakı səfər Lamın Baş katib qismində ölkəmizə ilk səfəridir. Tərəflərin ikitərəfli münasibətlərinin dərinləşdirilməsi səylərini əks etdirən və qarşılıqlı fəaliyyətdə yeni istiqamətlər açan bu hadisə böyük siyasi əhəmiyyətə malikdir. Əməkdaşlıq potensialını inkişaf etdirmək üçün yaxşı imkanlara malik olan iki ölkənin gələcək uğurları əlbəttə ki, imzalanan sənədlərdən, səmərəli danışıqlardan asılı olacaqdır. Ona görə də Azərbaycan bu səfərə böyük önəm verir və münasibətlərin yaxşılaşdırılmasında maraqlıdır”, deyə Tahir Rzayev bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://sia.az
archiveBu xəbər 08 May 2025 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri