Icma.az
close
up
RU
“Rebuild Garabagh 2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

“Rebuild Garabagh 2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 14 oktyabr, AZƏRTAC

Oktyabrın 14-də Bakıda “Xəzər İnşaat Həftəsi” çərçivəsində təşkil olunan 6-cı Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisi (Rebuild Garabagh – 2026) öz işinə başlayıb.

Fonddan AZƏRTAC-a bildirilib ki, oktyabrın 16-dək davam edəcək sərgi dövlət qurumlarını, şirkətləri və sahə üzrə mütəxəssisləri bir araya gətirərək Qarabağ və Şərqi Zəngəzurun bərpası, yenidən qurulması və dayanıqlı inkişafı ilə bağlı təşəbbüslərin müzakirəsi üçün platforma rolunu oynayır.

Qarabağ Dirçəliş Fondu hər il olduğu Kimi, bu il də işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq layihələri, Fondun fəaliyyəti və vətəndaşlar arasında ianə mədəniyyətinin təşviqi ilə bağlı geniş auditoriyanı məlumatlandırmaq və daha çox insanın bu mühüm missiyada iştirakını təmin etmək məqsədilə “Rebuild Garabagh - 2026” sərgisində iştirak edir.

Sərginin ilk günündə Fondun stendini ziyarət edən şəxslərə işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında aparılan irimiqyaslı bərpa və quruculuq işləri, eyni zamanda, Fondun fəaliyyəti, işğaldan azad edilmiş ərazilərin bərpasına maliyyə dəstəyinin göstərilməsi ilə bağlı həyata keçirdiyi layihələr və tədbirlər haqqında geniş məlumat verilib. Fondun fəaliyyətinə həsr olunan xüsusi videoçarxlar nümayiş olunub.

Bir neçə ildir Fondun stendində təqdim olunan və ziyarətçilərin böyük marağına səbəb olan “Qarabağın inciləri” pazl oyunu bu il də sərgi iştirakçılarının ixtiyarına verilib. Əvvəlki illərdən fərqli olaraq, oyuna Qarabağın tarixi abidələri ilə yanaşı, Vətən müharibəsindən sonra inşa edilmiş yeni tikililər də əlavə olunub. Əyləncəni maarifləndirici məzmunla birləşdirən layihə mədəni irsin qorunmasını və Qarabağın dirçəlişini simvolizə etməklə yanaşı, ziyarətçilərə bölgənin tarixi və müasir inkişafı haqqında məlumat əldə etmək imkanı yaradır.

Builki sərgidə Fondun stendində ilk dəfə Qarabağın tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətləri, Vətən müharibəsi və s. ilə bağlı suallardan ibarət viktorina da təqdim olunub. Ziyarətçilər viktorina suallarını cavablandıraraq öz biliklərini sınamaqla yanaşı, əyləncəli və interaktiv formatda Qarabağ haqqında məlumatlarını zənginləşdiriblər.

Qarabağın mədəni irsinə və füsunkar təbiətinə dair fotoların, eləcə də tanınmış şairlərin şeirlərindən, xalq mahnılarından və bayatılardan seçilmiş misraların, Ümummilli Lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və digər tanınmış şəxslərin Qarabağa dair çıxışlarından sitatların yer aldığı guşə isə Fondun stendinə özünəməxsus ab-hava qatıb.

Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev stendi ziyarət edən Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə, İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko, “Iteca Caspian” şirkətinin baş direktoru Fərid Məmmədov və digər rəsmi şəxslərə Fondun həyata keçirdiyi layihələr və tədbirlər haqqında geniş məlumat verib.

Sərgi çərçivəsində ziyarətçilər işğaldan azad edilən ərazilərdə aparılan bərpa-quruculuq işlərini əks etdirən “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi ilə də tanış olmaq imkanı əldə ediblər.

Qeyd edək ki, “Rebuild Karabakh” Qarabağın bərpasına həsr olunmuş yeganə və ilk ixtisaslaşmış sərgi olmaqla yanaşı, bir çox dövlət qurumları və nazirliklər tərəfindən dəstəklənən özəl sektor-dövlət tərəfdaşlığını möhkəmləndirmək üçün cəlbedici və səmərəli biznes platforma rolunu oynayır.

Sərginin keçirilməsində məqsəd işğaldan azad olunduqdan sonra Qarabağdakı müsbət dəyişikliklərə, bərpa və yenidənqurma işlərinə diqqət çəkmək, biznesin bu ərazilərin inkişafında və infrastrukturunun bərpasında iştirakını, buraya investisiya qoyuluşunu təşviq etməkdir.

Doğma Qarabağın bərpası istiqamətində görülən işlərlə yaxından tanış olmaq, eyni zamanda bu işə öz töhfəsini vermək istəyən hər kəs “Rebuild Garabagh – 2026” sərgisini, o cümlədən Qarabağ Dirçəliş Fondunun stendini ziyarət etməyə dəvət olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Oktyabr 2026 19:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see285

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see257

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see250

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see249

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see245

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see240

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see231

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see228

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see222

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see216

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see212

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see212

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see208

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see208

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see205

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see196

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see194

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see194

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see194

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri