Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Kənd Təsərrüfatı Nazirliyi 6 cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

Kənd Təsərrüfatı Nazirliyi 6 cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 14 oktyabr, AZƏRTAC

Bakı Ekspo Mərkəzində 6-cı Azərbaycan Beynəlxalq “Qarabağın Bərpası, Yenidənqurulması və İnkişafı Sərgisi – “Rebuild Garabagh” keçirilir.

AZƏRTAC xəbər verir ki, sərginin əsas məqsədi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa və yenidənqurma işlərinə, sosial-iqtisadi infrastrukturun müasirləşdirilməsinə, kənd təsərrüfatı və digər prioritet sahələrin inkişafına dəstək verməkdir. Kənd Təsərrüfatı Nazirliyi sərgidə geniş stendlə təmsil olunur.

Nazirliyin stendində Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə aqrar sahə, informasiya texnologiyaları və kompüter elmləri istiqamətləri üzrə təhsil alan tələbələrin innovativ startap layihələri, texnoloji həlləri və ideyaları təqdim olunur. Müxtəlif ali təhsil müəssisələrini təmsil edən tələbələr elmi bilik və bacarıqlarını praktiki təşəbbüslərə çevirən layihələrini ziyarətçilərlə bölüşür, aqrar sahədə innovativ düşüncənin təşviqinə və müasir texnologiyaların tətbiqi imkanlarının tanıdılmasına töhfə verirlər.

Təqdim olunan startaplar kənd təsərrüfatında rəqəmsallaşma, süni intellekt, robototexnika, resurslardan səmərəli istifadə, innovativ istehsal üsulları və aqroturizm kimi müxtəlif istiqamətləri əhatə edir. Layihələr aqrar sahənin mövcud ehtiyaclarına müasir texnologiyalar əsasında həll yollarının tapılmasına, gənclərin innovativ təşəbbüslərinin və sahibkarlıq potensialının dəstəklənməsinə xidmət edir.

Sərgi çərçivəsində işğaldan azad edilmiş Ağdam, Laçın, Xankəndi, Zəngilan və Kəlbəcər rayonlarında keçirilən aqrar biznes festivallarına, eləcə də Bal festivalına həsr olunmuş videoçarxlar nümayiş etdirilir. Videoçarxlar vasitəsilə ziyarətçilərə həmin ərazilərdə təşkil olunan festivallar, aqrar sahədə sahibkarlıq təşəbbüslərinin təşviqi və kənd təsərrüfatının inkişafı istiqamətində görülən işlər barədə məlumat verilir.

Bununla yanaşı, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqroservis” ASC tərəfindən işğaldan azad edilmiş ərazilərdə torpaqların əkinə hazırlanması və kənd təsərrüfatına cəlb olunması istiqamətində həyata keçirilən fəaliyyətləri əks etdirən videoçarxlar da nümayiş olunur.

Sərgi çərçivəsində Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, eləcə də kənd təsərrüfatı nazirinin müavinləri Elçin Zeynalov və Seymur Səfərli Kənd Təsərrüfatı Nazirliyinin stendinə baxış keçiriblər. Baxış zamanı aqrar sahədə fəaliyyət göstərən startapçılar təqdim etdikləri məhsullar, innovativ layihələr və texnoloji həllər barədə ətraflı məlumat veriblər.

Kənd Təsərrüfatı Nazirliyi “Rebuild Garabagh” sərgisində iştirakı ilə aqrar sahədə həyata keçirilən Dövlət Proqramlarını və layihələri, işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının bərpası və inkişafı istiqamətində görülən işləri, eləcə də rəqəmsal həllərin və innovativ texnologiyaların tətbiqi imkanlarını ictimaiyyətə təqdim edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Oktyabr 2026 18:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see288

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see281

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see270

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see263

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see263

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see261

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see260

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see255

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see251

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see248

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see234

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see232

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see229

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see224

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see222

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see222

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see219

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see214

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see212

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri